• USD: 55.2987
  • EUR: 52.7379
  • BYN: 22.2952
  • KZT: 11.5957
  • UAH: 14.9780
  • TRY: 29.8581

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb


2017-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6 100 nəfər və ya 0,1% faiz artıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.

Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır.

2017-ci ilin yanvar ayında ölkədə 6,1 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 7,4 təşkil edib.

Cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.

Yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.
Muxtelif
"Asan İmza" sertifikatlarının etibarlılıq müddəti uzadılıb

"Asan İmza" sertifikatlarının etibarlılıq müddəti..

“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru...

Muxtelif
Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq məlumat yaydı..

Bir sıra kütləvi informasiya vasitələrində dərc edilmiş “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin...

Muxtelif
DİN porno saytlara girənləri cərimələyir? - AÇIQLAMA

DİN porno saytlara girənləri cərimələyir? - AÇIQLAMA..

Azərbaycanda bəzi porno saytlara giriş etdikdə ekrana Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cərimə...

Muxtelif
Televiziya tarixinin ən qorxulu serialı

Televiziya tarixinin ən qorxulu serialı..

“Rolling Stone” jurnalı televiziya tarixinin ən qorxulu seriallarının siyahısını tərtib edib. Siyahıya...

Muxtelif
Dayı 24 yaşlı bacısı qızını zorladı - Xəbərim olmadan cinsi əlaqədə olub

Dayı 24 yaşlı bacısı qızını zorladı - Xəbərim olmadan..

Erzurumda bacısının 24 yaşlı qızına təcavüz edən və doğulan körpənin DNT testi cavabı ilə atası olduğu...

Muxtelif
Nə vaxt ağlayar bir kişi ?

Nə vaxt ağlayar bir kişi ?..

.Nə vaxt ağlayar bir kişi ?yanlış seçim etdiyini anlayanda yoxsa qarşılıqsız sevəndə? xəyanətə uğrayanda...

Rəylər (0)