Главная > Siyasət > Ərdoğan Zelenskinin Türkiyədə görüşmək istəyini Putinə çatdırdı

Ərdoğan Zelenskinin Türkiyədə görüşmək istəyini Putinə çatdırdı


6-03-2022, 04:42. Разместил: Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə Vladimir Zelenskinin onunla Türkiyədə görüşmək niyyəti barədə məlumat verib, Ankara bu istiqamətdə işi davam etdirəcək".
Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
"Artıq prezidentimiz bu mesajı Putinə çatdırıb. Bu istiqamətdə işimizə davam edəcəyik. Bu cür görüşün keçirilməsi sözsüz ki, vəziyyətə müsbət təsir göstərəcək. Türkiyə öz töhfəsini verməyə hazırdır", - deyə İ.Kalın qeyd edib.(oxu.az)
Вернуться назад