08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Hillari Klinton FTB-də 3,5 saat dindirilib

Hillari Klinton FTB-də 3,5 saat dindirilib
Hillari Klinton FTB-də 3,5 saat dindirilib


ABŞ prezidentliyinə namizəd məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsində günahlandırılır.

Ötən gün sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna faktiki namizəd Hillari Klinton “elektron poçt işi” üzrə Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən dindirilib, May.Az APA-ya istinadən xəbər verir.

Qeyd edək ki, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb. FTB faktla bağlı ilkin istintaq aparır, lakin, hələlik, Hillari Klinton barəsində cinayət işinin başlanmasına qərar verməyib.

“Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən elektron poçtundan istifadə etdiyini könüllü şəkildə danışdı... İstintaqa hörmət baxımından o, bu barədə heç bir şərh verməyəcək”, - deyə siyasətçinin mətbuat katibi Nik Merril bildirib.

Onun sözlərinə görə, FTB-nin mənzil-qərargahında baş tutan söhbət 3,5 saat davam edib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница