Papa Üçüncü Dünya müharibəsinin başladığını elan etdi

Papa Üçüncü Dünya müharibəsinin başladığını elan etdi
0
---
Yayınlanma tarihi: 14-06-2022, 20:24
"Üçüncü Dünya müharibəsi artıq başlayıb".
"Qafqazinfo" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk jurnalistlərlə görüşündə deyib.
"Bir neçə il əvvəl ağlıma bizim 3-cü Dünya müharibəsini hissə-hissə yaşadığımızı demək gəlmişdi. Bu gün hesab edirəm ki, 3-cü Dünya müharibəsi artıq elan olunub", - deyə Roma Papası söyləyib.
Papa, həmçinin Afrikanın bəzi bölgələrində, Nigeriyanın və Konqonun şimalında baş verən münaqişələrdən də danışıb: "Bu ərazilərdə müharibə hələ də davam edir və heç kim buna əhəmiyyət vermir".
"Dünya müharibə vəziyyətindədir", - deyə Roma Papası fikrini yekunlaşdırıb.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!