DataLife Engine / 25 min il öncə yaşayan 3 metr boyu olan adamlar tapılıb - FOTO

25 min il öncə yaşayan 3 metr boyu olan adamlar tapılıb - FOTO

Arxeoloqlar sensasiyalı tapıntı aşkarlayıblar. Yaşının təxminən 24-25 min il olduğu deyilən nəhəng insan sümükləri Barjomi dərəsində tapılıb.
MAY.AZ xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu insanların boyunun 3 metrədək olduğu ehtimal edilir.
Gürcüstan Elmlər Akademiyasının alimi Abesalom Vekua hesab edir ki, bu tapıntı sensasiya doğurur, çünki elmi dairələrdə nəhəng insanların mövcudluğu barədə fərziyyələr çoxdan var, bu isə sübutudur.
Alim tapılan skeletin çanaq və kəllə sümüyünün müasir insanın sümüyündən daha iri və qalın olmasına diqqət çəkir. Onun sözlərinə görə, bu insanlar digər sivilizasiyadan ayrı yaşadıqları üçün fərqlidirlər.
Xatırladaq ki, bir il öncə alman alimləri də müasir Cənubi Sibir ərazisində təxminən 48-29 min il əvvəl yaşayan qədim insanların daha əvvəl bilinməyən növünü aşkarlayıblar.


10-11-2022, 18:16
Вернуться назад