DataLife Engine / Marsda okean izləri tapıldı

Marsda okean izləri tapıldı

Alimlər Marsda qədim okean aşkar ediblər.

MAY.AZ xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniya ştatının Universitetinin mətbuat xidməti məlumat yayıb.

Bu gün Marsda su əsasən yeraltı buz yataqları şəklində mövcuddur. Lakin 3-2 milyard il əvvəl demək olar ki, bütün səthi su ilə zəngin idi. Müntəzəm olaraq yağış yağırdı, böyük su anbarlarına tökülən sular axırdı. Həmin su anbarları özündən sonra izlər qoyub və lakin milyardlarla illər keçdiyinə görə onları müəyyən etmək asan olmayıb.

Bu okeanın sahil səthi Qeyl kraterindən təxminən min kilometr aralıqda tapılıb. Bunu Pensilvaniya Dövlət Universitetinin mütəxəssisləri Aeolis Dorsa ərazisinin topologiyası və mineral tərkibinin təhlili zamanı müəyyən ediblər. Ümumilikdə, lidardan istifadə etməklə çəkilmiş peykdən həcmli görüntülərdə anbara aparan çay kanallarının qalıqlarının 6500 kilometrdən çoxunu aşkar etmək mümkün olub. Onları 20 ayrı sistemdə qruplaşdırmağa müvəffəq olublar. Onlar Qırmızı Planetin şimal okeanına budaqlanan və axan müxtəlif çay deltalarına aid idi. Geoloqların fikrincə, bu, Marsda indiyə qədər aşkar edilmiş ən sıx qədim çaylar şəbəkəsidir. Aeolis Dorsa çöküntü yataqlarının qalınlığı 900 metrə qədər ola bilər.

Qeyd edək ki, bundan əvvəl çinlilər "Tyanqun" stansiyasının sonuncu modulunu orbitə çıxarıblar.
1-11-2022, 02:44
Вернуться назад