Главная > Foto > Romeo və Cülyetta 54 il sonra - Onları tanımayacaqsınız - FOTO

Romeo və Cülyetta 54 il sonra - Onları tanımayacaqsınız - FOTO


28-10-2022, 12:22. Разместил: Admin
Rejissor Franko Dzefirellinin məşhur "Romeo və Cülyetta" filmi çəkiləndən 54 il sonra da Şekspirin tragik əsərinin ən yaxşı ekranizasiyalarından biri olaraq qalır. Baş rol ifaçıları britaniyalı Leonard Uaytinq və Oliviya Hassi isə filmdən sonra bir anda ulduza çevriliblər.
BiG.AZ xarici mətbuata istinadən oxuculara bu cütlük haqqında məlumat vermək istəyir.
Uaytinq, sonradan jurnalistlərə etdiyi etirafa görə, çəkiliş zamanı Oliviyaya həqiqətən aşiq idi, lakin sevgisi qarşılıqsız olub. Çəkilişlərdən sonra "Cülyetta" aktyor və müğənni Din Martin ilə ailə quraraq ABŞ-a köçüb. Lakin aktrisanın Martin ilə münasibətləri pozulub və o, bir uşaqla tək qalıb.
Oliviyanın ikinci evliliyi də uğursuz olub. Yalnız rok musiqiçi Devid Qlen Aysli ilə bir araya gəldikdən sonra Hassi hüzur tapıb.
Uaytinq isə Böyük Britaniyada qalıb və uzun illər boyu filmlərdə çəkildikdən sonra ciddi şəkildə musiqi və prodüserliklə məşğul olmağa başlayıb. O da iki dəfə ailəli olub və iki qız atasıdır. Hazırda Leonard öz meneceri Linn Pressner ilə xoşbəxtdir. Linn həyat yoldaşının işi üçün hər bir şəraiti qurur.
Qeyd edək ki, bütün bunlarla yanaşı, Leonard və Oliviya indiyədək dost münasibətlərini qoyub saxlayırlar.
Onlar "Sosial intihar" adlı filmdə də birlikdə çəkiliblər. Bu film Romeo və Cülyettanın hekayəsinin sosial şəbəkə dünyasındakı müasir versiyasıdır.
2014-cü ildə Leonardın qızı Sara xərçəngdən vəfat etdiyi zaman məhz Hassi köhnə dostuna dəstək olaraq yanında olduğunu hiss etdirib.














Вернуться назад