"Comedy Wildlife Photography" fotomüsabiqəsi 2022-ci ilin finalçılarını elan edib. "Qafqazinfo" Gazeta.ru-ya istinadən xəbər verir ki, səsvermə noyabrın 27-dək davam edəcək, qaliblər dekabrın 8-də seçiləcək. Qaliblər 500 funt sterlinq (950,95 AZN) məbləğində mükafat alacaq. Qeyd edək ki, müsabiqə 2015-ci ildən keçirilir və yumor vasitəsilə ictimaiyyətin diqqətini ətraf mühitin problemlərinə çəkməyə çalışır. Vəhşi təbiətin ən gülməli fotolarının bir neçəsini təqdim edirik: