16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Türkiyənin ən dərin gölü

Türkiyənin ən dərin gölü
Türkiyənin Burdur vilayətindəki Salda gölü 185 metr dərinliyi ilə ölkənin ən dərin şirin su gölüdür.
Publika.az xəbər verir ki, dünyanın üçüncü ən dərin gölü olan Salda Burdur vilayətinin Yeşilova rayonunda yerləşir. Şəhər mərkəzindən 5 km aralıda yerləşən göldə üzmək mümkündür.
Salda gölü dəniz səviyyəsindən 1193 metr yüksəklikdə yerləşir. 44 kvadratkilometrlik gölün min illər əvvəl geoloji çökmə nəticəsində əmələ gəldiyi təxmin edilir. Salda gölü və ətrafı 1989-cu ildən yüksək keyfiyyətli təbiət qoruğu kimi qorunur. Son 20 ildə gölün səviyyəsi 3-4 metr aşağı düşüb və gölün suyu çəkilməyə davam edir.
Xəstəliklərə şəfa olan göl
Salda gölündə aparılan araşdırmalara görə, mütəxəssislər gölün suyunun sızanaq və göbələk kimi bəzi dəri xəstəliklərinə qarşı təsirli olduğunu bildiriblər. Göldəki minerallar sayəsində insan bənzər dəri xəstəliklərindən xilas ola bilir.
4 ildir Salda gölünü araşdıran Şotlandiyanın Qlazqo Universitetinin professoru Mayk Russell bildirib ki, Yer kürəsində Marsın səth xüsusiyyətlərinə malik iki yer var, biri Kanadanın şimalında, digəri isə Salda gölündə. Göldəki maqnezium bəyazı qayaların Marsda da olduğunu söyləyən Russell burada həyatın günəş enerjisi və kimyəvi molekulların birləşməsindən başlamış ola biləcəyinə inanır.
Gölün ətrafındakı və içindəki ağ qumların göldəki maqneziumlu qayalardan əmələ gəldiyi deyilir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница