Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
BAKU.WS-in nəlumatına görə, mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.
Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb
Опубликовано 7-10-2017, 18:30 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 791 |
В избранное
Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1954-cü il təvəllüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzada xəsarət alanlar – İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.(Report)
Опубликовано 7-10-2017, 18:29 |
В --- |
Комментариев 0 |
Просмотров 794 |
В избранное
Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımın gömrük orqanlarının fəaliyyəti ilə əsaslandırılması barədə yayılan məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.
Dövlət Gömrük Komitəsi bildirir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb.
Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, DGK-dən deyiblər ki, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur: "Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28 377 938.84 ABŞ dolları dəyərində 8 357 095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998 149.22 ABŞ dolları dəyərində 8 391 526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır. O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiyadan 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib.
Daxili bazarda formalaşan qiymətlərə gəlincə, bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil.
Dünya birjalarında yağın qiymətinin artım dinamikasını göstərən qrafik təsvir:
Опубликовано 5-10-2017, 01:22 |
В
Sosial |
Комментариев 0 |
Просмотров 892 |
В избранное
Oktyabrın 5-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 05.10.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7002 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 4-də də USD/AZN rəsmi məzənnəsi 1,7002 manat təşkil edib.
BAKU.WS
Опубликовано 5-10-2017, 01:19 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 898 |
В избранное
“Turan İnformasiya Agentliyinin fəaliyyətinə hər hansı bir məhdudiyyət yoxdur”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror deyib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyinin tələbini pozmamalıdır.
Qeyd edək ki, Vergilər Nazirliyinin avqustun 25-də yaydığı məlumatda bildirilir ki, “Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.
Xatırladaq ki, avqustun 25-də “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.
M. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə), 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Опубликовано 30-09-2017, 18:27 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 883 |
В избранное
“Türkiyə hər zaman dost və qardaş Azərbaycanın yanında olacaq”
BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirliyinin sözcüsü Hüseyn Müftüoğlu deyib.
Onun sözlərinə görə, işğal altında olan Azərbaycan torpaqlarına dörd türk vətəndaşının səfəri səlahiyyətlilərə bildirilməyib.
“Türkiyə vətəndaşlarının səfəri qanunsuz olaraq, müstəqil şəkildə həyata keçirilib. Bu addım Türkiyənin siyasətini əks etdirmir. Türkiyə işğal altında olan Azərbaycan ərazilərinin qaytarılması uğrunda tam 25 ildir ki azərbaycanlı qardaşları ilə birgə addımlar atır”.
Xatırladaq ki, sentyabr ayının 22-də türkiyəli siyasətçi Ufuk Uras, yazıçı Sait Çetinoğlu, jurnalistlər Ali Bayramoğlu və Erol Katırcıoğlu, rəsmi Bakının icazəsi olmadan Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.
Опубликовано 30-09-2017, 18:12 |
В
Siyasət |
Комментариев 0 |
Просмотров 976 |
В избранное
Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
BAKU.WS-in xəbərinə görə, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb. Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən prezident qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, N. Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Təhlükəsizlik Şurasının katibi Rusiya prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırıb. N. Patruşev təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq deyib: "Biz sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq".
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti V. Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Rusiya prezidentinə çatdırmağı xahiş edib.
Опубликовано 30-09-2017, 18:11 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 932 |
В избранное
"Sabah Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək".
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
S. Bağırov qeyd edib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək: "Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 1-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək".
General həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. "Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".
Опубликовано 30-09-2017, 18:10 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 967 |
В избранное
"12 ildən sonra yenidən Avropa çempionatının yarımfinalına vəsiqə qazandıq. Bu, möhtəşəm emosiyadır".
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözləri voleybol üzrə millimizin oyunçusu Valeriya Məmmədova deyib.
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında komandamız inamlı çıxış edir. ¼ finalda Almaniya ilə qarşılaşan voleybolçularımız bu sınaqdan da üzüağ çıxıblar. Faiq Qarayevin yetirmələri 3:0 hesablı qələbə sayəsində adlarını 12 ildən sonra yenidən qitə birinciliyinin yarımfinal mərhələsinə yazdırıblar.
Matçla bağlı fikirlərini səsləndirən Məmmədova komandamızın layiqli şəkildə qələbə qazandığını bildirib. Təcrübəli libero artıq medallar barədə düşünməyin mümkün olduğunu vurğulayıb: "¼ final görüşü çox çətin idi. Almaniya yığması yaxşı oyun göstərdi. Buna baxmayaraq, onlar bizi dayandıra bilmədilər. Nəticədə sonluq istədiyimiz kimi oldu. Almaniya üzərindəki qələbədən sonra medallar haqda düşünə bilərik".
Qeyd edək ki, millimiz bu gün baş tutacaq yarımfinal matçında Hollandiya yığması ilə üz-üzə gələcək.
Опубликовано 30-09-2017, 18:10 |
В
İdman |
Комментариев 0 |
Просмотров 981 |
В избранное
Rusiyada ABŞ dollarının orta nominal məzənnəsi 2031-2035-ci illərdə 82,5 rubl təşkil edəcək.
"Report"un "RBC" agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir proqnoz Rusiya Maliyyə Nazirliyinin açıqladığı baza ssenaridə yer alıb.
Nazirliyin proqnoz hesabatında bildirilir ki, ən pis halda 2035-ci ilə qədər dolların məzənnəsi 84,2 rubl olacaq. Qeyd edək ki, açıqlanan rəqəmlər Maliyyə Nazirliyi tərəfindən Dövlət Dumasına təqdim olunan uzunmüddətli büdcə proqnozuna daxil edilib.
Maliyyə Nazirliyi 2017-2020-ci illərdə dolların orta məzənnəsinin 64,8 rubl, 2021-2025-ci illərdə 71,5 rubl, növbəti 5 ildə isə 77,1 rubl olacağını düşünür.
Maliyyə Nazirliyi konservativ ssenaridə neqativ xarici şokların Rusiya iqtisadiyyatının artım tempini azaldacağını proqnozlaşdırıb. Əsas mənfi təsir, qlobal maliyyə bazarlarında baş verməsi ehtimal edilən böhran nəticəsində Çin iqtisadiyyatının yavaşlaması ilə əlaqələndirilib. Həmçinin, əmək və kapital resurslarında struktur məhdudiyyətlərinin Rusiya iqtisadiyyatında inkişafı yavaşladacağı qeyd olunur.
Neft qiymətlərinin 2031-2035-ci illərdə orta hesabla 45,3 dollar/barel, 2030-cu ilə qədər isə bu həddən də aşağı olacağı ehtimal edilir.
Опубликовано 30-09-2017, 18:08 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 865 |
В избранное
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
ETSN xəbərdarlıq edir ki, oktyabrın 2-dən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacağı gözlənilir.
Nazirlik xəbərdarlıq edir ki, oktyabrın 1-i günün ikinci yarısından 5-dək ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Опубликовано 30-09-2017, 18:07 |
В
Hava |
Комментариев 0 |
Просмотров 939 |
В избранное
Baş prokuror Zakir Qaralov bir qrup Türkiyə vətəndaşının işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etməsinə münasibət bildirib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Baş prokuror bu barədə cinayət işinin başlandığını deyib: "Təəssüflər olsun ki, bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər edib.
Bununla bağlı Baş Prokurorluq məlumat alandan dərhal sonra həmin şəxslər barəsində cinayət işi açılıb və onlar barəsində beynəlxalq axtarış elan olunub. Onların səfəri Türkiyə dövlətinin mövqeyi deyil. Onlar ermənipərəst mövqeyi ilə tanınan şəxslərdir və PKK-nı dəstəkləyirlər, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər. Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlayacaq və onları bütün ölkələrdə izləyəcəyik".
Опубликовано 30-09-2017, 18:06 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 863 |
В избранное