Hazırda Bakının Heydər Əliyev (şəhər mərkəzi istiqamətində) Neftçilər, Qara Qarayev (metronun “Koroğlu” stansiyası istiqamətində) və Tbilisi prospektlərində, Yusif Səfərov (şəhər mərkəzi istiqamətində), Üzeyir Hacıbəyli, Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Tuncay
13-10-2017, 12:24 |
Xeberler |
0 |
780 |
Metronun "28 may" stansiyasında bu gün səhər saat saatlarında həyəcanlı anlar yaşanıb.
BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 28 yaşlı oğlanın halı qəfildən pisləşib və ürəyi gedib.
Metronun əməkdaşları "28 may" stansiyasında sərnişinə ilkin tibbi yardım göstərib.
Nazim
13-10-2017, 12:21 |
Xeberler |
0 |
807 |
İraqda gedən döyüşlərdə hər iki valideyni ölən və uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, onu Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Bakıya gətirmək mümkün olub.
XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir.
Onun sözlərinə görə, Azərbaycanın Bağdaddakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir: "Bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir",
Qeyd edək ki, azərbaycanlı uşağın İraqdan Bakıya gətirilməsi barədə xəbəri "virtualaz.org" saytı yayıb.
13-10-2017, 12:17 |
Xeberler |
0 |
764 |
Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb.
BAKU.WS-in məlumatına görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.
2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn, 1202 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.
13-10-2017, 12:16 |
Sosial |
0 |
961 |
Bu gün ayın 13-ü, həm də cümə günüdür. İnsanların çoxu, xüsusilə də xristian ölkələrinin əhalisi inanır ki, ayın və həftənin bu günlərinin bir-birinə təsadüf etməsi bədlik, uğursuzluq gətirir. Ta qədimdən ayın 13-cü gününün cüməyə təsadüf etməsi mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara bu gün də rahatlıq vermir. Elm adamları isə bunu xurafat əlaməti sayırlar.
BAKU.WS xəbər verir ki, həmin xurafatçı inanclara görə, ayın 13-ü cüməyə təsadüf edəndə qaniçənlər, əcinnələr və sair şeytani qüvvələr bir yerə yığışır, demonik toplantı, şabaş keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər.
Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməzmişlər, gəmilər limanlardan ayrılmazmış, heç bir saziş bağlanmazmış. Hətta insanlar çalışarmışlar ki, evdən bayıra çıxmasınlar.
Bəzi versiyalara görə, "13-ü, cümə"nin nəhs gün sayılması İsa peyğəmbərlə bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub.
Qədim romalılar və yunanlar da 13 rəqəmindən qaçaq olublar. Onlar da hesab edirmişlər ki, bu gün uğursuzluq gətirir.
İngiltərədə hələ də cümə günü dənizə çıxmırlar, həmin gün ayın 13-dürsə, mütləq səfəri təxirə salmaq üçün bəhanə tapırlar.
XVIII əsrdə bu xurafat o qədər güclənib ki, ingilis hökuməti onu darmadağın etmək qərarına gəlib. Bu məqsədlə "Cümə" adlı gəmi hazırlanıb və həmin gəmi tərsanədən suya məhz cümə günü buraxılıb. Amma gəminin sonrakı taleyi məlum xurafatı daha da gücləndirib. Cümə günü ilk reysinə çıxan "Cümə" ekipajı ilə birlikdə itkin düşüb və tapılmayıb.
Dənizçilərdən başqa, ingilis cərrahları da "13-ü, cümə"dən qorxurlar və həmin günə təyin olunmuş əməliyyatları təxirə salırlar ki, uğursuluqla qarşılaşmasınlar.
Yeri gəlmişkən, İngiltərədə kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, hətta qarşısına yemək-içmək də qoyurlar.
Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo qoyulmur.
Portuqaliya və İspaniyada isə əksinə, həftənin 5-ci gününü dənizə çıxmaq üçün ən uğurlu gün sayırlar. Çünki Xristofor Kolumb Amerikanı cümə günü kəşf edib. Yəqin ki, müasir hindular üçün bu, tarixin ən nəhs, ən uğursuz günüdür. Ona görə ki, məhz o gündən başlayaraq onların rahatlığı pozulub, qətliama, deportasiyaya, rezervuarlarda yaşamağa məcbur olublar.
13-10-2017, 12:15 |
Sosial |
0 |
847 |
BAKU.WS Bakıda Formula 1 yarışınının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə müsahibəni təqdim edir.
Bildiyimiz kimi 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisi əvvəlki illərdən fərqli olaraq daha tez keçiriləcək. Bunun səbəbi nədir?
Bu il Bakıda Formula 1 yarışı əvvəlki illərlə müqayisədə daha tez - aprel ayında baş tutacaq. Çempionatın təqvimi hər il yenidən tərtib olunduğuna görə yarışlar müxtəlif tarixlərə keçirilə bilər. Bu il baş tutacaq dövlət tədbirləri ilə əlaqədar olaraq xahiş etdik ki, yarış daha tez olsun. İlkin təqvimə əsasən növbəti il Bakıda keçiriləcək Azərbaycan Qran Prisi aprelin 27-29-u tarixləri üçün nəzərdə tutulub. Dekabr ayının əvvəllərində rəsmi təqvim tam təsdiqlənəcək.
Yollarda təmir işləri yenidən aparılacaq?
Bizim il-ildən təmir işlərimiz daha da azalır. İlk ildə 6 kilometrlik yol tam təmir olunmuşdusa, ikinci ildə - yəni ötən yarış üçün yalnız qəmbər daşlı yollardakı – Niyazi və Əziz Əliyev küçələrindəki hissənin üst qatı asfaltla örtüldü. Bu il üçün isə hətta o iş də qalmayıb. Yəni təmir işləri daha az olacaq. Yolun kənarındakı konstruksiyalar – baryerlər, bloklar, tribunalar da tam hazır şəkildə anbarımızda qalmaqdadır. Onların sadəcə quraşdırılması lazımdır. Dənizkənarı bulvarda əyləncəli tədbirlər üçün nəzərdə tutulan avadanlıqların da çoxu hazırdır. Bu il proqrama yeni əyləncəli tədbirlər də əlavə olunacaq.
Jurnalistlərin akkreditasiyası nə vaxtdan başlayır və qeydiyyatda dəyişiklər olacaqmı?
Jurnalistlərin akkreditasiyası da təbii ki, bu il daha tez başlayacaq. Adətən, biz bu prosesə yarışdan 3-4 ay əvvəl başlayırıq. Yəqin ki, bu il proses dekabrdan başlayacaq. Hər il olduğu kimi, bu il də yerli jurnalistlərlə yaxından işləyəcəyik ki, daha çox jurnalist qeydiyyatdan keçib, yarışları işıqlandıra bilsin.
Kriteriyalar nəyə əsasən müəyyənləşir?
Hamıya məlumdur ki, Beynəlxalq Avtomobil Federasiyasının və Formula 1 Rəhbərliyinin jurnalistlərlə bağlı qeydiyyat meyarları çox ciddidir. Hansısa jurnalist bu meyarlara uyğun deyilsə, ona akkreditasiya verilmir. İldən-ilə daha çox yerli jurnalist bu meyarlara cavab verməyə çalışır və onların sayı da artır. Bu yaxınlarda həmkarlarımız Sinqapurda keçirilən Qran-Priyə getmişdilər. Bildiyiniz kimi, orada artıq onuncu ildir ki, bu yarış keçirilir. Amma bununla belə, orada yerli jurnalistlərdən cəmi 28 nəfər qeydiyyatdan keçib. Bizdə isə qeydiyyatdan keçən yerli jurnalistlərin sayı bundan qat-qat çoxdur. Sinqapurla özümüzü müqayisə edəndə görürük ki, daha çox iş görmüşük. Jurnalistlər üçün təlimlər keçiririk, qeydiyyatdan keçməyə kömək edirik.
Biletlərin satışı nə vaxt başlayacaq?
Biletlərin satışı noyabrda başlayacaq. Ötən iki ilə əsasən deyə bilərik ki, xarici ölkələrdən daha çox Rusiyadan tamaşaçımız olur. İkinci yerdə Böyük Britaniya, daha sonra isə Niderland, ərəb ölkələri və digərləri gəlir. Ötən il Azərbaycan Qran Prisinə 65 ölkədən bilet alınmışdı.
Biletlər neçəyə olacaq?
Biletlərin qiyməti adətən eyni aralıqda qalır. İlk yarış ilimizdə biletlərin kateqoriyası daha az idi. Yalnız üçgünlük biletlər var idi. Bu il isə hər gün üçün ayrıca biletlər satılırdı. Ona görə də həm gününə, həm oturduğu yerə, o cümlədən ayaqüstü yerlərə görə qiymətlər dəyişirdi. Bildiyiniz kimi, Formula 1 bahalı idman növü sayılır. Onun biletləri də bütün dünya üzrə baha olur. Biz 2017-ci il Qran-Primizdə yenilik etdik. Trek boyu iki yerdə - Sahil və Sabir bağlarında iki əyləncə zonası yaratdıq. Həmin zonalar üçün bilet qiymətləri 10 manatdan başlayırdı. Bilet qiymətlərinə DJ, yemək və əyləncə daxil idi. Yəni ötən il bilet qiymətləri 10-600 manat arasında dəyişirdi. Bu il də çalışacağıq ki, arzulayan hər kəs bilet alıb, yarışı izləyə bilsin. Daha bir fərqli nüans odur ki, ilk yarış ilində biletlər dollarla satılırdısa, ikinci il manatla satılırdı.
Bu dəfə də könüllülər cəlb olunacaq?
Könüllülərlə daim çalışırıq. Bildiyiniz kimi, ilk yarış ilimizdə 12 min könüllü müraciət etmişdi. Onlardan 5 mini dəvət olundu. 2017-ci ildə isə 3 min könüllünü cəlb etdik. Çünki həm özümüz, həm də könüllülərimiz daha təcrübəli idik. İşimiz də çox uğurlu alındı. Hava limanından əyləncə zonalarına qədər hər sahədə könüllülər aktiv iştirak etdilər. Könüllülər üçün Bakı Şəhər Halqası Akademiyası açıldı, onlar üçün təlimlər və dil kursları keçirildi. Bu il də 3 min könüllünün cəlb olunması gözlənilir. Noyabr ayından onların da qeydiyyatı başlayacaq.
Könüllərin qeydiyyatında hansı kriteriyalar nəzərə alınacaq?
Könüllülərin qeydiyyat kriteriyaları da bu il daha ciddi olacaq. Dil biliklərinə xüsusi önəm veriləcək. İngilis dili ilə yanaşı digər xarici dilləri də bilənlərə üstünlük veriləcək. Bundan başqa, onların təcrübələri də nəzərə alınacaq.
Açılış mərasimində xüsusi bir surpiz olacaqmı?
Açılış mərasimi haqqında da düşünürük. Bildiyiniz kimi, Formula 1-də heç vaxt xüsusi açılış mərasimi olmur. Sadəcə kiçik şou olur. İlk yarış ilimizdə açılış mərasimi proqramını uşaq konsepsiyası ətrafında qurmuşduq. Bu da bizim Formula 1-də yeni, gənc və iddialı olduğumuzu göstərmək üçün idi. 2017-ci ildə isə daha çox mədəniyyətimizi tanıtmağa çalışdıq. Növbəti il daha maraqlı açılış mərasimi ilə qarşınızda olacağıq.
Hansısa bir ulduzla danışıqlar aparırsınız?
İki ildir ki, hər dəfəsində üç dünya ulduzunun konsertini təşkil edirik. Ötən il hətta dörd ulduz idi. Bu il də dünya ulduzları ilə danışıqlar gedir. Böyük ehtimalla yanvar ayında onların kimliyini açıqlayacağıq. Ötən illərdə tamaşaçılar konsertlərdən çox məmnun qalmışdılar. Yəqin ki, 2018-ci ildə də oxşar format olacaq. Amma hələ ki, eyni ulduzları çağırmaq haqqında düşünmürük.
İlk dəfə Formula 1 Bakıda keçirilən zaman pilot Fernando Alonso Qran Prinin beynalxalq səfiri olmuşdu. Bu dəfə kim olacaq?
Azərbaycanda ilk dəfə Formula 1 keçirildiyinə görə, təbii olaraq biz özümüzü çox fəal aparmalıydıq, Formula 1 azarkeşləri üçün Azərbaycanı tanıtmalıydıq. Həmin il böyük təbliğat işləri aparmışdıq. Onun üçün də biz Fernando Alonsonu beynalxalq səfir elan etmişdik. İkinci il də isə bizim beynalxalq səfirimiz yox idi. Çünki artıq azarkeşlər bizim yarışları izləmişdilər və Bakı haqqında kifayət qədər məlumatlı idilər. Amma Devid Kulthardı fəxri qonaq kimi dəvət etmişdik. Bu il də beynəlxalq səfirimiz olmayacaq. Çünki ötən il, Bakıdakı yarış özlüyündə böyük rezonans doğurduğuna görə ilk illərdəki qədər böyük həcmdə təbliğat işinə ehtiyac yoxdur. Amma ola bilsin ki, hansısa bir fəxri qonağı dəvət etdik.
Azərbaycan Qran Prisi üçün hansısa bir büdcə ayrılıb? Ayrılıbsa nə qədərdir?
Əlbəttə ayrılıb. Büdcə məsələsi ilə bağlı dəqiq məlumatı ancaq cənab nazir (Gənclər və idman naziri Azad Rəhimov) deyə bilər. Lakin bizim ildən-ilə xərclərimiz azalır. Çünki birinci ildə biz hər şeyi sıfırdan başlamışdıq.
Bakı treki digər treklərlə müqayisədə çox çətindir. Trekdə hansısa bir dəyişiklik olacaqmı?
Trekin çətin olması əslində maraqlıdır. Formula 1-i izləyənlər deyirlər ki, nəhayət ki, maraqlı bir yarış keçir. Bu yarışdır, şoudur, maraqlı olmalıdır. Artıq pilotlar başa düşürlər ki, Bakı trekində edilən səhv onlar üçün baha başa gələ bilər. İstənilən səhv onlar üçün xal itkisinə səbəb olacaq. Bizdə trek olduğu kimi qalacaq.
13-10-2017, 12:14 |
Xeberler |
0 |
701 |
Tanınmış aparıcı və aktyor Şəhriyar Əbilov haqda maraqlı xəbər yayılıb.
Redaksiyamıza daxil olan məlumata görə, imicini dəyişən Ş.Əbilovun uzatdığı saçları əslində parikdir. Aktyorun yeni saçları üçün 650 dollar ödədiyi bildirilir. Həmçinin onun 20 gündən bir 50 azn ödəyərək onları yenilədiyi deyilir.
Məsələ ilə bağlı primetime.az Ş.Əbilovla əlaqə saxlayıb. O, iddiaya belə cavab verib: "Bu xəbəri sizə çatdıran səhv məlumat verib. Bu parik deyil. Öz saçım normal uzunluqdadır. Sadəcə olaraq filmə görə artırmalar olur. Bu elə mövzudur ki, müzakirəyə çıxarılmasını belə istəmirəm".
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İ.Əhmədov özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini deyib.
O, Gürcüstan vətəndaşı olduğunu, 9 yaşında Bakıya köçdükllərini söyləyib.
Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini danışıb: "Fial İsmayılovun evində arvadımla kirayədə yaşayırdım. Fial da həmin evin arxasında qalırdı. Hadisədən əvvəl pivə alıb gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əvvəlcə onunla dava etdik. Sonra əlimə bıçaq keçdi, onu vurdum".
O, əməlindən peşman olduğunu qeyd edib.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F.İsmayılovu qətlə yetirib.
Hadisəni törədən İ.Əhmədov saxlanılıb.
9-10-2017, 16:34 |
Hadisə |
0 |
892 |
Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək... Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar.
Xezerxeber.az-ın məlumatına görə, artıq ikinci həftədir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar.
Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər.
Onlar biri qadın, ikisi isə kişi olmaqla, elektromobillərlə ərazini gəzirlər. Səhər saat 9-dan axşam saat 8-ə kimi asayişi qoruyurlar.
Qadınlarla eyni vəzifəni bölüşən kişilər "aslanın erkəyi dişisi olmaz" deyirlər.
Qeyd edək ki, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda nişanlısının qətlində və onun bacısına xəsarət yetirməkdə ittiham olunan Nəcəf Məcidovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Nəcəf Məcidovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəcəf Məcidov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nəcəf Məcidov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin olunan hökmün dəyişdirilməsini, ona aşağı həddə cəza təyin edilməsini xahiş edib.
İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.
Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.
Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.
Nəcəf Məcidov əməliyyat məlumatı əsasında saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.
Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.
Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub.
Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. İlahə Ağayeva hadisə yerində ölüb, Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.
Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, cinayət işində bəzi qaranlıq qalan məqamlar var. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərindəki hamamda görüşüblər: "Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, isti olsun. Həmin gün də qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım.
Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam".
Nəcəf Məcidov qeyd edib ki, son günlər İlahə ilə münasibətləri pozulubmuş: "Ona iradlarımı bildirirdim, əhəmiyyət vermirdi. Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması idi. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yarandı.
İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum".
8-10-2017, 10:25 |
Hadisə |
0 |
815 |
“Azərbaycan tarixi” kitabında Azərbaycanı “Böyük Ermənistan”ın tərkib hissəsi kimi xəritədə göstərən kitabın müəllifi Kamran Əsədov haqqında sensasion məlumat əldə edilib.
BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub.
Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi.
Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K.Əsədovun üstündən 2 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.
Həmin dövr faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
2015-ci ilin fevral ayında isə K.Əsədov azadlığa çıxıb.
Maraqlı məqamlardan biri budur ki, adı dələduzluqda hallanan belə bir şəxsə Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan tarixi” kitabını necə həvalə edib?
Əldə etdiyimiz digər bir məlumata görə isə Kamran Əsədovun nazir Mikayıl Cabbarovla yaxın dostluq əlaqələri var.
8-10-2017, 10:24 |
Sosial |
0 |
859 |
İctimai nəqliyyatda qaydaları pozan hər bir kəsə qarşı cərimə tədbiq olunur. Bu qayda metro istifadəçilərinə aiddir. Bəs, metroda hansı hərəkətimizə görə bizi cərimə gözləyir?
BAKU.WS xəbər verir ki, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, cərimələrin miqdarı qadağan edilən hərəkətə görə dəyişir:
1. Stansiyaların vestibül, keçid, platforma, eskalator və vaqonların salonunu zibilləyən, yaxud həmin obyektlərin üzərində hər hansı yazı yazan şəxsləri on beş manat cərimə gözləyir.
2. Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olan, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə edən şəxsləri də on beş manat cərimə gözləyir.
3. Eskalatorda sürahinin üstünə əşya qoyan şəxsləri iyirmi manat cərimə gözləyir.
4. Dəmir yoluna hər hansı əşya atan şəxs otuz manat cərimə edilir.
5. Eskalatorun sürahisini çıxardan, zərurət olmadan "Stop" açarından istifadə edən, stansiyaların vestibüll, keçid və platformalarında, vaqonlarda siqaret çəkən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açan, qatarın yola düşməsini ləngidən şəxslər 50 manat cərimə olunur.
6.Həmçinin, özbaşına dəmir yoluna düşən, metropolitenin işçiləri üçün nəzərdə tutulan ərazilərə daxil olan, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə edən şəxsləri də 50 manat cərimə gözləyir".
Odur ki, metroda cərimələnmək istəmirsinizsə, təhlükəsizlik qaydalarına əməl etməlisiniz.
BAKU.WS