Kərim evində işləyən ustanı bıçaqlama xəbərindən danışdı


Müğənni Kərim Abbasov evində işləyən ustanı bıçaqlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Günə davam" verilişində belə bir hadisənin olmadığını deyib:

"Bağa gedirdim. Dostum mənə zəng etdi ki, salamatsan? Deyirəm, hə, nə olub. Xəbəri deyir. Hələ də başa düşmürəm ki, hardan çıxdı söhbət. Nə məhkəmə, nə bıçaqlama? Belə bir şey olmayıb".

Qeyd edək ki, 1 ay əvvəl müğənninin evində çalışdığı usta ilə arasında mübahisə düşməsi xəbəri yayılmışdı. Binəqədi rayon Polis İdarəsinə şikayət edən şəxs müğənninin bıçaqla ona hücum etdiyini deyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum edib. Ətrafdakı şəxslərin köməkliyi ilə qanlı hadisənin qarşısı alınıb.

Опубликовано 16-10-2017, 09:59 | В Şou-biznes | Комментариев 0 | Просмотров 923 | В избранное

Avtomobili qazlarla doldurub yolda təhlükəli vəziyyət yaratdı - VİDEO


Avtomobilin arxa hissəsi ev quşu olan qazlarla örtülüb və diqqətlə baxmasan onların bir maşının üzərində olması bilinmir.

Qazlardan birinin anidən yerə düşməsi isə digər yol hərəkət iştirakçıları üçün təhlükə yarada bilər.

"Xəzər Xəbər"in vatsap nömrəsinə göndərilən görüntüdə avtomobilin arxa hissəsi sanki qaz hinini xatırladır.

Bir az diqqətlə baxmasan, ev quşlarının bir əşyanın və ya avtomobilin üzərində olmasını ayırd etmək çətindir.
Göyçay rayonunda çəkildiyi bildirilən görüntüdə onlarla qaz bir avtomobilin üzərinə yığılıb.

Bu halda magistral yolda hərəkət edən avtomobilin sahibi həm özü üçün, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
Ekspert Azər Allahverənov bildirir ki, bu şəkildə yolda hərəkət faciəvi hadisələrə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, ev quşları, eləcə də ev heyvanları daşınarkən qanunvericiliyinin tələblərinə riayət etmək vacibdir. Bunun üçün minimal tələblər yerinə yetirilməlidir.

Onu da qeyd edək ki, baş verən hadisə yükdaşıma qaydalarının pozulması kimi xarakterizə olunur və 40 manat məbləğində cərimə tətbiq olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Опубликовано 16-10-2017, 09:57 | В Hadisə | Комментариев 0 | Просмотров 750 | В избранное

Azərbaycanda insanlara at əti satan ana-bala yaxalandı (VİDEO)


Bərdədə qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, at əti aşkarlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətinə baxış keçirib.

Araşdırma zamanı 2 at başı, heyvanların mədə-bağırsağı, ətdən ayrılmış sümüklər, dərilər, dırnaqları 100 kq sümüklü at əti və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazimatlar aşkar olunub. Atları ev Vəsilə Novruzovanın Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə kəsdikləri müəyyən edilib.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Bu, onların birlikdə həyata keçirdiyi ikinci belə hadisədir. Novruzova Vəsilə Ərşad qızı 15 sentyabr 2017-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 200 manat miqdarında cərimə olunub.

Hadisə ilə bağlı materiallar toplanaraq araşdırmalar aparılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

Опубликовано 16-10-2017, 09:56 | В Hadisə | Комментариев 0 | Просмотров 716 | В избранное

Bakıda rəis müavinini güllələyənlər saxlanıldılar - Rəsmi


Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Prokurorluqdan BAKU.WS-ə verilən məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vuraraq ona xəsarət yetiriblər.

Həmin fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Опубликовано 16-10-2017, 09:55 | В Xeberler | Комментариев 0 | Просмотров 924 | В избранное

Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO)


Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva Instagram-da yeni paylaşım edib.

BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva sosial şəbəkədə qayğanaq şəkli paylaşıb və bunları yazıb:

"Heydər üçün şam yeməyi. Anamın bişirdiyi qayğanaq! Nuş olsun!"

Leyla Əliyevanın paylaşdığı şəkil 20 mindən çox insan tərəfindən bəyənilib.

Həmin fotonu təqdim edirik:
Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO)

Опубликовано 16-10-2017, 09:53 | В Həyat tərzi | Комментариев 0 | Просмотров 965 | В избранное

Bakıda müəllim şagirdi döyüb - İddia


Bakıda valideyn övladının orta məktəb müəllimi tərəfindən döyüldüyünü iddia edir.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

Опубликовано 15-10-2017, 19:13 | В Xeberler | Комментариев 0 | Просмотров 913 | В избранное

Təhlükə qonşuluğa qədər gəldi — "Zombi"yə çevirən narkotik maddə İstanbulda


Türkiyədə qorxulu anlar yaşanıb.

BAKU.WS ölkə.az-a istinadla xəbər verir ki, İspaniyanın Barselona şəhərindən Türkiyənin İstanbul şəhərinə göndərilən bir karqo təhlükəli anlar yaşadıb. Belə ki, polis həmin karqodan şübhələnərək təqib edib və izləyib. Sonda isə alıcını müəyyənləşdirərək həbs edib. Karqo incələndikdən sonra xalq arasında "zombi dərmanı" adı ilə bilinən ‘Alpha PVP Hydrochloride’ adlı narkotik maddə olduğu bilinib.
Özəl telekanalların birində aparıcılıq edən Serkan O. paketin içində nə olduğunu bilmədiyini və İspaniyada bir yaxınının göndərdiyini bildirib. Dərhal həmin şəxs həbs olunub.

Sözügedən maddəyə aid görüntülər bir neçə gün əvvəldən sosial şəbəkələrdə və mediyada böyük rezonans doğurmuşdu. "Zombi"yə çevirən narkotik maddənin çox təhlükəli olduğu bildirilir. Rusiyada istehsal olunan bu narkotik vasitənin əlamətləri ilk olaraq ABŞ-da görünüb. Bunu istifadə edən bir şəxsin öz dostunun üzünün yediyi bildirilir. Bundan əlavə həmin maddə infarkta yol açır, tanımadığı adamlara hücum etdirir, beyinə hakim olur və s.

Опубликовано 15-10-2017, 19:12 | В Xeberler | Комментариев 0 | Просмотров 808 | В избранное

Dima Bilandan sevənlərinə bəd xəbər


35 yaşlı müğənni Dima Bilan pərəstişkarlarına üzücü xəbər verib.

BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, sənətçi səhhətində problem olduğunu deyib.

O bildirib ki, uzun müddətdir yuxusuzluqdan əziyyət çəkir. Dima eyni zamanda mədə xorasından və qrijadan əziyyət çəkdiyini söyləyib:

"Gecə çox rahat yatdım. Bu məndə nadir hallarda olur".

Xəstəliyə görə Bilan arıqlayaraq 69 kiloqrama düşüb.

Опубликовано 15-10-2017, 19:09 | В Şou-biznes | Комментариев 0 | Просмотров 847 | В избранное

Bakıda hər yerdə Heydər Əliyevin keçmiş mühafizəçisini bıçaqlayıb, rəis müavinini isə güllələyənlər AXTARILIR


Xəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.

Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.

Məlumata görə,Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Опубликовано 15-10-2017, 19:07 | В Hadisə | Комментариев 0 | Просмотров 806 | В избранное

HAVA XƏBƏRDARLIĞI: temperatur aşağı düşəcək, yağış yağacaq


Oktyabrın 16-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.

Lakin günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti,
Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Xəbərdarlıq
Oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

Опубликовано 15-10-2017, 19:06 | В Hava | Комментариев 0 | Просмотров 929 | В избранное

Bakının məşhur xəstəxanasında su kəsildi – Xəstəxanadan qəribə açıqlama


M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.

Bu barədə vəkil Aslan İsmayılov məlumat verib. O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.

BAKU.WS xəbər verir ki, medicina.az məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib: “Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir, ya yox? Bo

Опубликовано 13-10-2017, 12:28 | В Sosial | Комментариев 0 | Просмотров 717 | В избранное

Dollar günə bu məzənnə ilə başlayır


Oktyabrın 13-nə manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 13.10.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7003 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, oktyabrın 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7003 manat təşkil edib.

BAKU.WS

Опубликовано 13-10-2017, 12:25 | В İqtisadiyyat | Комментариев 0 | Просмотров 902 | В избранное