Azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Mardan Palace Hotel"in suyu kəsilib.
BAKU.WS-in məlumatına görə, Antalya Su İdarəsi "World Travel Awards" tərəfindən 2010-cu ildə "Dünyanın Ən Lüks Oteli" olaraq seçilən "Mardan Palace Hotel"in təxminən 2 milyon lirəlik (932 min AZN) su borcuna görə 15 gün əvvəl otelə suyun verilişi dayandırılıb.
Qeyd edək ki, bundan öncə isə otelə verilən elektrik enerjisi kəsilmiş, daha sonra əldə olunan razılıq əsasında problem həll edilmişdi.
Xatırladaq ki, Azərbaycanlı milyarderin oteli 1,4 milyard dollarlıq "Mardan Palace" oteli 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.
Опубликовано 17-10-2017, 18:40 |
В
Həyat tərzi |
Комментариев 0 |
Просмотров 917 |
В избранное
Oktyabrın 18-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 18.10.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 17-də USD/AZN rəsmi məzənnəsi 1,7003 manat təşkil edib.
Опубликовано 17-10-2017, 18:39 |
В
İqtisadiyyat |
Комментариев 0 |
Просмотров 1 000 |
В избранное
"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.
BAKU.WS "Report”-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
"Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, - deyə, nazir əlavə edib.
Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədova, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.
Опубликовано 17-10-2017, 18:38 |
В
Siyasət |
Комментариев 0 |
Просмотров 847 |
В избранное
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib.
BAKU.WS-in məlumatına görə, uçqun nəticəsində 6 nəfər dağıntılar altında həyatını itirib.
Son məlumata görə, 1 mədənçi yaralıdır, daha 1 nəfərin isə itkin düşdüyü bildirilir.
Energetika və Təbii Sərvətlər Nazirliyi mədənin lisenziyasız fəaliyyət göstərdiyini bəyan edib.
Опубликовано 17-10-2017, 18:37 |
В
Hadisə |
Комментариев 0 |
Просмотров 803 |
В избранное
Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Jeenbekov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Опубликовано 17-10-2017, 13:18 |
В
Xeberler |
Комментариев 0 |
Просмотров 955 |
В избранное
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır. Apasport.az saytının məlumatına görə, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.
Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib.
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib.
“Atletiko” “Marriot” otelində məskunlaşacaq.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Опубликовано 17-10-2017, 13:17 |
В
İdman |
Комментариев 0 |
Просмотров 914 |
В избранное
ATV-də ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktyor İlkin Misgərlini SMS səsverməsinə çıxarıblar. O, deyib ki, iştirakçılardan özü onun şəklini atmasını istəyib. O, hədəfinin Ülviyyə Alovlu olduğunu bildirib. “Çünki, Ülviyyə xanım dəfələrlə deyib ki, cənablar oynamırlar. Mən də təklif etdim ki, mən çıxıram və gəl açıq mübarizə aparaq”, - deyə İlkin Misgərli əlavə edib.
Ülviyyə Alovlu isə qeyd edib ki, o sözü 9 gün əvvəl deyib. Həmin vaxt da İlkin səsverməyə çıxaraq Talıbla mübarizə aparacağını deyib. Amma indi fikrini dəyişərək onu hədəf seçib. Ülviyyə Alovlu mübarizə aparmaqdan imtina edib və bildirib ki, o İlkinin favariti deyil. “İlkin aktyordu, təbii ki, səs yığacaq. Amma mən oynayıb uduzmaq istəmirəm”.
Ülviyyə Alovlu şounun sonuna qədər də susqunluğunu qoruyub. O adını açıqlamadığı bir nəfərə İlkinlə mübarizə aparmayacağına dair söz verdiyini deyib və sona qədər də sözünü tutub. 72,23 faiz tamaşaçı isə İlkinin qalması üçün səs verib. Elə İlkin Misgərli də öz qərarını dəyişməyib və Ülviyyə Alovlunun əlini maşından götürməsini istəyib. Beləliklə, bu dəfə də maşın Ülviyyə Alovlu üçün əldən getdi.
Опубликовано 17-10-2017, 13:17 |
В
Şou-biznes |
Комментариев 0 |
Просмотров 923 |
В избранное
Paytaxtda yerləşən "Oazis" restoranında sərxoşların davasının növbəti qurbanı Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bazar günü axşam 8-ci mikrorayon ərazisində yerləşən restoranı ziyarət edən Bakı sakinləri - 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə gələn AR DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb. Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib. Araşdırma zamanı məlum olub ki, polisə hücum edən şəxs Cəfərovdur. 5-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediblər.
Qeyd edək ki, "Oazis"in adı mütəmadi olaraq cinayət hesabatlarına daxil olmaqla xüsusi populyarlıq qazanıb. Hələ 2014-cü ilin sentyabrında burada restoranın işçiləri ilə müştəriləri arasında baş verən davanı xatırlatmaq kifayətdir. O zaman Bakı sakini Zaur Əsgərov 3 yaşlı oğlunun ad gününü qeyd etmək üçün restorana 20 nəfərlik qonaq çağırıb. Dava restoranın mühafizəçisinin ona arvadının dekoltesini bağlamağı məsləhət görməsi ilə başlayıb. Mühafizəçinin belə yersiz davranışı Əskərov və qonaqlarını özündən çıxarıb. Elə bununla da mühafizəçilərlə müştərilər arasında dava başlayıb. Restoranın 3 işçisi bıçaq yarası alıb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dava nəticəsində 7 nəfər xəsarət alıb.
Avtomat silah
2016-cı ilin 5 martında isə bu restoranda əsl qarşıdurma yaranıb. Restoranın iki müştərisi— Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü Mehdiyev Elçin Vahid oğlu və Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Elçin Əli oğlu sərxoş vəziyyətdə hay-küy salaraq polis əməkdaşlarını döyüblər və hətta onların xidməti formasından poqonlarını söküblər.
Rayon Mühafizə Xidmətinin əməkdaşları - 1994-cü il təvəllüdlü polis serjantları Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov davakarları asayişi bərpa etməyə çağırıb.
Lakin xuliqanlar sakitləşmək əvəzinə Sultanov və Məmmədzadəyə yumruq vurublar. Müqavimət göstərmələrinə baxmayaraq, onlar saxlanılıblar və sözügedən rayondakı 5-ci polis bölməsinə aparılıblar. Lakin xuliqanlar orada da sakit dayanmayıblar. Onlar "Fiat Doblo" markalı avtomobilin yan şüşələrini qırıblar. Davanın üçüncü iştirakçısı— Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Nicat Nazim oğlu özü polis bölməsində polis serjantı Cahid Mahmudovu vurduğunu boynuna alıb. Nəticədə polisləri döyən hər üç xuliqan dəmir barmaqlıqlar arasına düşüb.
Опубликовано 17-10-2017, 13:15 |
В
Hadisə |
Комментариев 0 |
Просмотров 796 |
В избранное
Bakıda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.
BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə ötən gecə Suraxanı rayonunda baş verib.
Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində 39 yaşlı Bünyadov Zaur Aydın oğlu qonşuluqda yaşayan Elnur adlı şəxs və onun qardaşı, habelə digər tanışları ilə mübahisə edib. Nəticədə o, bir neçə nəfər tərəfindən döyülüb. Z.Bünyadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə faktla bağlı məlumat daxil olan kimi polis əməkdaşları hadisə yerinə yollanıblar. Z. Bünyadovu döyən şəxslər hadisə yerindən qaçıblar.
Məlum olub ki, hadisəni törədən şəxslər sərxoş vəziyyətdə olub.
Опубликовано 17-10-2017, 13:14 |
В
Hadisə |
Комментариев 0 |
Просмотров 921 |
В избранное
ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin faiz dərəcələrinin artırılması prosesinin davam etdiriləcəyi ilə bağlı açıqlama verməsi dolların yenidən bahalaşacağı barədə fikirlərin yayılmasına səbəb olub.
BAKU.WS-in məlumatına görə, FES-in iclası dekabrın 12-13-də keçiriləcək. FES rəhbərinin açıqlamasından sonra dünyada dolların məzənnəsi yüksəlməyə başlayıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə BAKU.WS-ə bildirdi ki, FES-in uçot dərəcəsini dəyişib-dəyişməməsindən asılı olmayaraq Azərbaycanda dekabr ayında dollara tələbat artacaq.
“Bunun səbəbi idxalın artmasıdır. Bundan başqa, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini ödəməsi üçün 2017-ci il son tarixdir.Bu isə dollar olan tələbə təsir göstərəcək. FES-in qərar qəbul edəcəyi ilə bağlı açıqlama verməsi bazara psixoloji təsir edir. Ona görə də Azərbaycanda valyuta bazarına FED-in qərarının psixoloji təsiri də olacaq”, - deyə Vüqar Bayramov qeyd etdi.
Onun sözlərinə görə, FES dekabr ayında keçiriləcək iclasda uçot dərəcəsini artırarsa, Azərbaycanda məzənnənin hansı səviyyədə qalacağı Mərkəzi Bankdan asılı olacaq.
“Mərkəzi Bankın mövcud ehtiyatları Dövlət Neft Fondunun valyuta satışları hesabına ödəniləcəksə, məzənnə qorunub saxlanılacaq. Tələbin ödənilməsində problem olacaqsa, bu, məzənnəyə birbaşa təsirini göstərəcək”, - deyə ekspert bildirdi.
Опубликовано 17-10-2017, 13:12 |
В
İqtisadiyyat |
Комментариев 0 |
Просмотров 926 |
В избранное
Xəbər verdiyimiz kimi, bu gün “İçərişəhər” metro stansiyası yaxınlığında naməlum şəxs Müşviq Mədətovu bıçaqlayıb.
Hadisə Muşviq Mədətov çayxanadan çıxarkən baş verib. O, hadisə ilə bağlı Bakı Şəhər Polis İdarəsinin 9-cu bölməsinə müraciət edib.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Müşviq Mədətov “Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir. Mahirin Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan atası Anar Mədətovun qardaşı olan Müşviq Mədətov vaxtı ilə “Bakı”nın prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun yanında çalışıb. Elə Mahir də vaxtı ilə yetirməsi olduğu “Bakı” klubuna məhz həmin vaxt yazılıb.
Qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.
1967-ci ildə anadan olan Mədətov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M.Mədətov cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirmişdi.
Maraqlıdır ki, zorlama ittihamında Mədətovun adı “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovla birlikdə çəkilib. Sabiq bölmə rəisinin adı siyasi məhbus siyahılarında yer alıb. O, 2011-ci ildə Azərbaycan prezidentinin əfv fərmanına əsasən azadlığa çıxıb.
Опубликовано 16-10-2017, 10:01 |
В
Hadisə |
Комментариев 0 |
Просмотров 719 |
В избранное
Azərbaycanda bu gün start verilən ikinci Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək.
BAKU.WS-in məlumatına görə, II Şopinq Festivalında iştirak etmək üçün 467 müəssisə qeydiyyatdan keçib, iştirakçıların sayı isə 578-dir.
Mədəniyyət və Turzim Nazirliyindən bildirilir ki, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.
Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.
Əvvəlcə alış-veriş et, sonra pulunu geri al!
“Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər.
Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər.
Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur.
ÜNVANLAR:
ARMANI JUNIOR - Nefçilər prospekti 9ABakı
Absheron Cafe Lounge (Non Tax-Free) - Neftçiler 135Baku
Alma Store - Səməd Vurğun 31ABaku
BAHAR OPTICS - Gənclik Mall, Bakı
BAHAR OPTICS - Metro Park, Bakı
BESTEL2/15, - Shixali Gurbanov, Bakı
BESTEL - 28 may küçəsi 40, Bakı
BYT Shoes - MetroparkBaku
BYT Shoes - Park BulvarBaku
Baku Electronics - Fətəliyev 178 CBaku
Baku Electronics - Sharifzadeh 3152-ciBaku
Buta Aptek - 28 MallBaku
CHICCO 28 - MALL28 mallBakı
CHICCO PB - Port Baku MallBakı
Digər ünvanlarla bu linkdən tanış ola bilərsiniz.
Опубликовано 16-10-2017, 10:00 |
В
İqtisadiyyat |
Комментариев 0 |
Просмотров 912 |
В избранное