RSS новостей - MAY.AZ http://may.az/ RSS - MAY.AZ http://may.az/assets/img/images/logo.png RSS - MAY.AZ http://may.az/ admin@may.az (admin) admin@may.az (admin) Wed, 01 Apr 2026 14:27:34 +0300 Sentyabrın 1-nə qədər qadağan edilir – Rəsmi qərar https://may.az/news/23

Sabahdan Azərbaycanın daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sentyabrın 1-nə qədər qadağan edilir.

Sentyabrın 1-dən adları çəkilən daxili su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti almış şəxslər Qaydalarla müəyyən edilmiş şərtlər əsasında ovu davam etdirə bilərlər.

Qanunvericiliyə əsasən idman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur və Qaydalarla müəyyən edilmiş şərtlər daxilində həyata keçirilə bilər.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Anar Wed, 01 Apr 2026 11:39:45 +0300 Новости https://may.az/news/23 Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK - İyun ayınadə https://may.az/news/22

Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyəti dövlət orqanları (qurum) ilə razılaşdırılması prosesi iyun ayınadək yekunlaşacaq.

Bizim.Media xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsində əks olunub.

Bu il ölkədə aparılması nəzərdə tutulan əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatları çərçivəsində əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.

Həmçinin, sənəddə əmək qanunvericiliyində əməkhaqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, uşaqların əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin aidiyyəti qurumlarla razılaşdırılması, "Təcrübəçi" kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunu tənzimləyən normaların normativ hüquqi aktlara daxil edilməsi nəzərdə tutulub.

Yol Xəritəsi üzrə əsas icraçı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, məsul şəxslər isə qurumun müvafiq şöbələrinə rəhbərlik edən şəxslərdir. Anar Tue, 31 Mar 2026 23:12:30 +0300 Новости https://may.az/news/22 Qızılın SON qiyməti https://may.az/news/21

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 44,9 dollar artaraq 4 602,4 dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, gümüş isə 1,93 dollar artaraq 72,5 dollara bərabər olub. Anar Tue, 31 Mar 2026 23:10:27 +0300 Новости https://may.az/news/21 Arıqlamaq üçün qəhvə nə vaxt içilməlidir? - Gözlən https://may.az/news/20

Məlum olub ki, qəhvə içdiyiniz vaxt arıqlama prosesinə təsir göstərə bilər. Lakin bunun üçün vaxtın düzgün seçilməsi vacibdir.

Qaynarinfo xəbər verir ki, qəhvə və onun tərkibindəki maddələr aşağıdakı yollarla çəkinin azalmasına və ya saxlanmasına kömək edə bilər:

Orqanizmdə ümumi yağın azalması: Həftədə 1-7 fincan qəhvənin qəbul edilməsi bədəndə ümumi yağ miqdarının, xüsusilə qarın nahiyəsində və visseral yağ toxumasının azalmasına kömək edə bilər.

İştahanın azalması: Araşdırmalar göstərir ki, qəhvə bəzi insanlarda iştahanı azaldaraq daha aşağı çəkinin qorunmasına kömək edir. Bundan əlavə, yeməkdən əvvəl qəhvə içmək iştahanı zəiflədə bilər.

Kalori yandırmanın artması: Qəhvə maddələr mübadiləsinin sürətini bir qədər artıraraq daha çox kalori yandırılmasına şərait yaradır. Eyni zamanda, kofein yağların oksidləşməsini gücləndirə bilər.

Qəbul vaxtı vacibdirmi?

Birbaşa olmasa da, bəzi tədqiqatlar kofeinin qəbul vaxtının arıqlama və çəkiyə nəzarətlə bağlı digər proseslərə təsir edə biləcəyini göstərir.

Məşqdən əvvəl qəhvə için: Təxminən 60 dəqiqə əvvəl qəhvə içmək enerji səviyyəsini və fiziki performansı artırır. Bu isə məşqlərin daha effektiv keçməsinə və nəticədə çəkiyə nəzarətə kömək edir.

Axşam saatlarında kofeindən uzaq durun: Axşam qəhvə içmək yuxu keyfiyyətini poza bilər. Bu isə maddələr mübadiləsinə mənfi təsir edərək arıqlama prosesini çətinləşdirir.

Sağlam qəhvə necə hazırlanmalıdır?

Qəhvə özü aşağı kalorili içkidir və tərkibində yağ və karbohidrat yoxdur. Lakin ona şəkər və digər şirinləşdiricilər əlavə edildikdə faydası azalır. 2023-cü ildə aparılan araşdırma göstərib ki, qəhvə istehlakı ümumilikdə çəki azalması ilə əlaqələndirilsə də, ona mütəmadi olaraq hətta bir çay qaşığı şəkər əlavə edilməsi çəki artımı ilə bağlıdır. Anar Tue, 31 Mar 2026 23:09:18 +0300 Новости https://may.az/news/20 3 möcüzə üçün bunu yeyin https://may.az/news/19

Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır. Mövsüm dəyişikliyi ilə insanların immunitetə daha çox eytiyacı var.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, belə meyvələrdən biri də heyvadır. A, B, C vitaminləri və potaşla zəngin olan heyva xərçəng, bağırsaq problemləri, öskürək kimi bir çox xəstəliklərin şəfasıdır. Heyva vitamin və minerallarla çox zəngindir. 100 qram heyvada gündəlik tələbatımızın 25%-ni qarşılayacaq qədər C vitamini var.

Heyva immuniteti gücləndirməklə yanaşı, xolestrolu tənzimləməkdə də mühüm rol oynayır. Dərinin sağlam olması və gözəl görünməsi üçün də faydalıdır. Heyva suyu və çayını içənlərdə dəri ləkələri azalır və insanın daha gənc görünməsini təmin edir.

80%-i sudan ibarət olan heyvanın kalorisi də azdır. 100 qram heyvada 55 kalori var. Heyvadakı pəhriz lifləri də arıqlamağa kömək edir. Həzm sistemi xəstəliklərinin, ishal, mədə ağrıları və ürəkbulanması üçün də heyva əvəzsizdir. Tərkibindəki potaş sayəsində qan təzyiqi nəzarətdə saxlanılır və böyrəkləri qoruyur. Suyu və çayı qripdən sağalmağın ən ideal vasitəsidir.(axsam.az) Anar Tue, 31 Mar 2026 23:07:07 +0300 Новости https://may.az/news/19 İranda dərman və tibbi avadanlıq daşıyan təyyarə v https://may.az/news/18

İranın Məşhəd Beynəlxalq Hava Limanının ərazisində dərman və tibbi avadanlıq daşıyan mülki təyyarə hədəfə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının bu gün yaydığı bəyanatda bildirilib.

"Mülki Aviasiya Təşkilatı, Məşhəd hava limanına eniş edən, İran üçün digər ölkələrdən dərman və tibbi avadanlıq daşıyan mülki təyyarəyə qarşı Amerika-İsrail hücumunu qətiyyətlə pisləyir", - deyə bəyanatda vurğulanıb.

"Humanitar yük daşıyan mülki hava nəqliyyat vasitəsinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır" - deyə həmçinin bəyanatda qeyd edilib.

Təşkilat həmçinin bütün beynəlxalq qurumları bu aktı pisləməyə və bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Anar Mon, 30 Mar 2026 19:43:26 +0300 Новости https://may.az/news/18 Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfran https://may.az/news/17

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə bu gün Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) işə başlayıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, martın 30-dan aprelin 1-dək davam edəcək konfrans və sərgi Şimali Afrika və Aralıq dənizi regionunda enerji sahəsinin nüfuzlu platforması hesab olunur.

"EGYPS 2026" çərçivəsində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, enerji ilə bağlı innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin liderləri iştirak edirlər. Azərbaycanı tədbirdə SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

"Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi" şüarı altında keçirilən tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sərgidə 500-dən çox, o cümlədən 51 yerli və beynəlxalq enerji şirkəti iştirak edir. Eyni zamanda, hökumət qurumlarını, beynəlxalq təşkilatları və iri enerji şirkətlərini təmsil edən 350-dən çox spikerin çıxışı nəzərdə tutulur.

Bundan əlavə, sərgi çərçivəsində 13 müxtəlif ölkənin milli pavilyonu təşkil olunub ki, bu da çoxtərəfli əməkdaşlıq və investisiya tərəfdaşlıqları üçün geniş imkanlar yaradır. Anar Mon, 30 Mar 2026 19:42:29 +0300 Новости https://may.az/news/17 Su basmış ərazilərdən 547 nəfər təhlükəsiz əraziyə https://may.az/news/16

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Anar Mon, 30 Mar 2026 19:41:12 +0300 Новости https://may.az/news/16 İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə https://may.az/news/15

Hörmüz boğazı yalnız İrana qarşı hərbi əməliyyatlarda iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.

"Bu su yolu İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır və qərar beynəlxalq hüququn prinsiplərinə əsaslanır, İrana qarşı qeyri-qanuni hücumlar həyata keçirmək üçün Hürmüz boğazından sui-istifadənin qarşısını almaq məqsədi güdür", - o deyib.

Əraqçi bildirib ki, digər ölkələrə məxsus gəmilərin hərəkəti İranın səlahiyyətli orqanları ilə razılaşdırılmaqla həyata keçirilir:

"ABŞ-İsrail və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribat xarakterli hərəkəti vəziyyəti yalnız daha da mürəkkəbləşdirəcək". Anar Mon, 30 Mar 2026 19:39:41 +0300 Новости https://may.az/news/15 Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - B https://may.az/news/14

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbəti təzə çıxıb. Əvvəllər hara lazım idisə, oraya aparırdıq", – sakinlərdən biri bildirib.

"Burada taksini sifariş edirsən, aparır başqa məhəlləyə", – başqa bir sakin deyib. Mütəxəssislər bildirirlər ki, bunun bir neçə səbəbi var. Onlardan biri xəritə bazalarının tam yenilənməməsidir. İKT mütəxəssisi Asim Namazovun sözlərinə görə, eyni ünvan müxtəlif formatlarda – qısaldılmış şəkildə, fərqli dillərdə və ya müxtəlif yazılış formalarında daxil edilir.

"Bu fərqlər insanlar tərəfindən aydın başa düşülür. Lakin sistemlər bəzən bu müxtəlif adları və yazılış formatlarını eyni obyekt kimi tanımır. Üstəlik, bu gün istifadə etdiyimiz müxtəlif xəritələnmə platformaları məlumatları təkcə rəsmi qurumlardan deyil, həm də istifadəçilərdən toplayır.

Bu isə məlumatların daha tez yenilənməsinə imkan yaradır. Amma eyni zamanda səhv və ya natamam məlumatların daxil edilməsi riskini də artırır. Texniki amillər də bu prosesə ciddi təsir edir. Xüsusilə hündür binaların sıx olduğu ərazilərdə GPS siqnalı zəifləyə bilər və istifadəçinin real mövqeyi xəritədə bir qədər fərqli göstərilə bilər", – deyə mütəxəssis qeyd edib.

Anar Mon, 30 Mar 2026 19:38:39 +0300 Новости https://may.az/news/14 İrana qarşı hərbi əməliyyatın dörd məqsədi açıqlan https://may.az/news/13

ABŞ dövlət katibi Marko Rubio İrandakı hərbi əməliyyatın dörd məqsədini açıqlayıb.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanat ABŞ Dövlət Departamentinin "X" sosial media platformasındakı rəsmi hesabında dərc edilib.

"Əməliyyatın məqsədləri bunlardır: İranın hava qüvvələrini məhv etmək, donanmasını məhv etmək, raket imkanlarını ciddi şəkildə azaltmaq, fabriklərini məhv etmək" - deyə, bəyanatda deyilir.

Rubio əvvəllər ABŞ-ın İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına icazə vermək niyyətində olmadığını bildirib. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp bunun qarşısını almaq qərarına gələrsə, onun bir sıra variantları var. Anar Mon, 30 Mar 2026 18:23:23 +0300 Новости https://may.az/news/13 Zaqatalada ağır yol qəzası baş verib, ölən və yara https://may.az/news/12

Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Muğanlı kənd sakini Elvin Qurbanov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil rayonun Faldarı kənd sakininin idarə etdiyi "Mercedes C 200" markalı avtomobillə toqquşub.

Qəzadan sonra "VAZ 21011" markalı avtomobildə olan sərnişin, sürücünün əmisi 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Mehman oğlu Qurbanlı, "Mercedes" markalı avtomobilin sürücüsü və onun sərnişinləri, Faldarı kənd sakini 50 yaşlı Natavan Rəsul qızı Yusifova və avtomobildə olan daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. Anar Mon, 30 Mar 2026 18:21:42 +0300 Новости https://may.az/news/12 "Qarabağ"dan azarkeşləri üçün növbəti böyük jest https://may.az/news/11

"Qarabağ" klubu Bizon Azərbaycan Kuboku çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşması ilə bağlı daha bir jest edib.

BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq. Belə ki, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda ödənişsiz daxil ola biləcəklər.

Uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletləri mütləq şəkildə oyun günü kassalardan əldə olunmalıdır. Biletsiz giriş mümkün deyil.

Xatırladaq ki, qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar da stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.

Qeyd edək ki, "Sabah"la baş tutacaq oyun aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Matç saat 20:00-da başlayacaq. Anar Mon, 30 Mar 2026 18:20:41 +0300 Новости https://may.az/news/11 "Eşref Rüya" serialı ilə bağlı yeni qərar açıqlanı https://may.az/news/10

"Eşref Rüya" serialının davamı ilə bağlı gözlənilən qərar verilib. Layihənin üçüncü mövsümünün çəkilişlərinə start verilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə serialda rol alan aktrisa Büşra Develi jurnalistlərə açıqlamasında məlumat verib.

Xatırladaq ki, ekran işində baş rolları Demet Özdemir və Çağatay Ulusoy canlandırırlar.

Serial tamaşaçılar tərəfindən maraqla qarşılandığı üçün layihənin davam etdirilməsi qərara alınıb. Anar Mon, 30 Mar 2026 18:18:26 +0300 Новости https://may.az/news/10 Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin https://may.az/news/9

Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib.

BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rasim Balayev 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.

Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.

İctimai xadim kimi də tanınan sənətkar

1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.

Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin". Anar Mon, 30 Mar 2026 18:16:40 +0300 Новости https://may.az/news/9