Четверг
янв 16

Tanınmış reperdən 100 min manatlıq deyişmə təklifi

Tanınmış reperdən 100 min manatlıq deyişmə təklifi


Reper Xpert (Şəhriyar Atababayev) sosial media hesabında qalmaqal yaradan status yazıb.

Axşam.az xəbər verir ki, reper 100 min manat qonorar qarşılığında istənilən reperlə deyişməyə çıxmağa hazır olduğunu bildirib.

Xpert qeyd edib ki, kiminlə qarşılaşmasının onun üçün əhəmiyyəti yoxdur. Onun bu statusundan sonra sosial mediada reperin "Kəllə-kəlləyə" layihəsində qarşıdurma etmək istəməsi barədə müzakirə yaransa da, sənətçi iddiaları təkzib edib. Eyni zamanda ona ən uyğun rəqib kimi reper Okaber göstərilib.

Məlum açıqlamadan sonra "Kəllə-kəlləyə" layihəsinin yaradıcıları ilə Xpert arasında sosial şəbəkələr üzərindən söz atışmaları baş verib. Bu söz davalarında minlərlə rep həvəskarı da iştirak edib və "100 min manat”, "Xpertin koşeloku”, "Mazzinin böyrəyi” tipli onlarla troll hesablar yaradılıb.

Qeyd edək ki, Xpert 10 ildən çoxdur ki, rep sahəsində fəaliyyət göstərir. Onun mahnıları "Youtube"da 30 milyondan çox baxış sayı toplayıb.

Комментарии (0)

Оставить комментарий