DataLife Engine / Normadan çox yatmaq ölüm riskini artırır

Normadan çox yatmaq ölüm riskini artırır

Artıq çəki sahibləri gün ərzində yuxuya getmək istəyindən şikayətlənirlər. Bu təbiidir, çünki əksər insanlar obezdir. Belə hal xüsusilə yüksək gəlirli ölkələrdə özünü göstərir.
Lent.az xəbər verir ki, buna səbəb və təsirin nə olduğu hələ aydın deyil. Belə ki, bu yaxınlarda bir qrup alim müəyyən edib ki, artıq çəkiyə səbəb olan gündüz yuxusudur və əksinə, piylənmə çox yatmağı tələb edir.
Həkimlərin fikrincə, həddindən artıq yatmaq tövsiyə olunmur. Kiel Universitetinin britaniyalı alimləri araşdırma apararaq, yuxunun normadan artıq, yəni 8 saatdan çox olmasının hansı nəticələrinin olduğunu müəyyən ediblər.
Məlum olub ki, 8 saatdan çox yuxu vaxtından əvvəl ölüm və infarkt riskini artırır. Normaldan cəmi bir saat çox yatmaq ümumi ölüm riskini 14 faiz, 2 saat çox – 30 faiz, 11 saat yatanlarda isə demək olar ki, 50 faiz artırır.

21-05-2023, 17:07
Вернуться назад