DataLife Engine / Qucaqlaşmağın sağlamlığa xeyri

Qucaqlaşmağın sağlamlığa xeyri

Qucaqlaşmaq böyükdən kiçiyə bütün insanların mənəvi ehtiyacıdır.Qucaqlaşmanın faydalı xüsusiyyətləri bununla bitmir. MAY.AZ fiziki və ruhi sağlamlığınız üçün qucaqlaşmağın faydalarını təqdim edir

Stress səviyyəsinin azaldılması
Həm qısa, həm də uzun qucaqlaşmalar qan təzyiqini və kortizol səviyyəsini (stress hormonu) aşağı salmaqla stressi azalda bilər. Bu, qucaqlaşmağın çox vacib bir xüsusiyyətidir. Uzunmüddətli stress ürək-damar xəstəlikləri ilə yanaşı ciddi sağlamlıq problemlərinin inkişafına səbəb ola bilər.

Ağrının azaldılması
Zərif toxunma ağrı ilə əlaqəli beyin bölgələrinin fəaliyyətini azaldır. Bununla da onun intensivliyini azalır. Toxunuşun ağrıları aradan qaldırmasının səbəbi dəridəki sinir lifləri ilə əlaqədardır. Onlar sakitləşdirici toxunuşlara həssasdırlar.

İstirahət və bərpa
Masaj çətin bir gündən sonra rahatlamağın ən yaxşı yollarından biridir. Bu rahatlaşdırıcı üsul bizim istirahətimizdə mühüm rol oynayan parasimpatik sinir sistemini aktivləşdirir. Qeyd etmək lazımdır ki, masaj təkcə olunana deyil, həm də bunu edənə fayda verir.

Narahatlığın azaldılması
Bir çox insanlar narahat olduqları zaman yaxınları ilə əl-ələ tutduqda sakitləşirlər təbi ki, bunun da səbəbi var. Bu yaxınlarda keçirilən sınaqda, xoşagəlməz tibbi prosedurlar zamanı yaxınının əlini tutan şəxslər, tutmayanlara nisbətən rahat olduğunu bildirdi


18-05-2023, 19:42
Вернуться назад