DataLife Engine / Telefonun ekranını diş pastası ilə silmək olarmı?

Telefonun ekranını diş pastası ilə silmək olarmı?

Son günlər internetdə mobil cihazın ekranını diş pastası ilə silmək haqqında danışılır.
may.az xarici mediaya istinadən xəbər verir ki, diş pastasının ekrandakı cızıqları və digər zədələri aradan qaldırdığı iddiası var.
Bir çox istifadəçi bu məlumatın doğru olub-olmaması ilə bağlı maraqlanır.
Məlumata görə, cihazın səthini silmək üçün bu gigiyenik mıhsuldan istifadə məsləhət deyil.
Birincisi, bu, ekrandan ləkələrin çıxarılmasını asanlaşdırmır.
İkincisi, təmizləmə zamanı ekranda cızıqlar yaranacaq və əlbəttə, bunlar ekranda qalacaq.
Üçüncüsü, diş pastası mobil cihazın vəziyyətini daha da pisləşdirə bilər.
Fakt budur ki, dişlərinizi fırçalamaq üçün nəzərdə tutulan kütlə oleofob örtüyü korlayır. O ekranı çirkdən qorumaq üçün nəzərdə tutulmuş sonuncu vasitədir.
Əgər smartfonun ekranını təmizləmək istəyirsinizsə, o zaman onu mikrofiber parça və ya xüsusi parça ilə silə bilərsiniz.

18-05-2023, 19:39
Вернуться назад