DataLife Engine / Üz-çənə cərrahiyəsi ilə bağlı ən çox müraciətlər açıqlanıb

Üz-çənə cərrahiyəsi ilə bağlı ən çox müraciətlər açıqlanıb

Üz-çənə cərrahiyyə patalogiyaları ilə bağlı müraciətlər əsasən irinli-iltihablı xəstəliklər, yol-nəqliyyat hadisələri nəticəsində travma almış və anadangəlmə patalogiyalarla doğulmuş uşaqlardakı problemlərlə bağlı olur.
APA xəbər verir ki, bunu Abşeron Rayon Mərkəzi Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Vüqar Qurbanov deyib. Həkimin sözlərinə görə, irinli-iltihablı proseslər daha çox diş nahiyəsində olan problemlərlə bağlı olur:
"Eyni zamanda yeni doğulmuş və azyaşlı uşaqlarda dodaq yarığı, damaq yarığı dediyimiz patalogiyalarla bağlı da müraciətlər olur. Son dövrlərdə ağız suyu vəzi xəstəlikləri, gicgah-çənə oynaqları xəstəlikləri patalogiyaları ilə ambulator müraciətlərin sayı artıb".
Vüqar Qurbanov qeyd edib ki, üz-çənə nahiyəsində estetik əməliyyatlar və qazanılmış deformasiyalar İTS çərçivəsinə daxil deyil:
"Patalogiyaların 70 faizə yaxını isə İTS çərçivəsində qarşılanır. "Bura təcili təxirə salınmaz, üz-çənə sümüyünün qırıq və travmaları, anadangəlmə patalogiylar, tüpürcək vəzinin bir sıra xoşxassəli xəstəlikləri daxildir".
Şöbə müdiri deyib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik 1900-2000 xəstə müraciət edir:
"Üz çənə nahiyəsindəki problemlərlə bağlı isə 30-35 xəstə müraciət edir. Əməliyyat sayı isə həftəlik olaraq 5-10 nəfər arasında dəyişir. Biz şöbəni yeni qururuq. Yeni kadrlar cəlb etməklə əməliyyat saylarının artırılmasını düşünürük.
Müraciətlər arasında 25-40 yaş arası şəxslər çoxluq təşkil edir. Bunlar arasında kişi qrupundan olan xəstələr daha çoxdurlar. Ən çox müraciət həmin ərazidə avto-nəqliyyat hadisəsi nəticəsində travma almış və stomatoloq tərəfindən yönəldilmiş xəstələr tərəfindən olur. Biz göndərişlər əsasında digər xəstəxanalardan da xəstələri qəbul edə bilirik".

7-04-2023, 18:32
Вернуться назад