Главная > Maraqlı ve Meslehetli > Sevənlərin fal çiçəyi: Niyə onu yolurlar? - Belə yaranıb

Sevənlərin fal çiçəyi: Niyə onu yolurlar? - Belə yaranıb


5-07-2022, 02:30. Разместил: Admin
Yəqin aşiq olanların əlində yolunan çobanyastığı çiçəyini çox görmüsünüz. Adətən, bu çiçəklə "sevir-sevmir" deyib fala baxırlar. Bəs nə üçün məhz çobanyastığı (biz onu daha çox "ramaşka" kimi tanıyırıq)?
Çobanyastığının sevənlərin fal çiçəyinə çevrilməsinə bir əfsanə səbəb olub. Deyilənə görə, çobanyastığı çiçəyi ilə kəpənək bir-birlərinə aşiq olurlar. Kəpənək çiçəyə sevgisini bəyan eləsə də, çobanyastığı nazlanır, dillənmir. Kəpənək çiçəyin onu sevib-sevmədiyini bilmək üçün ləçəklərinə çox toxunur, amma cavab ala bilmir. Üç günün içində kəpənəyin ömrü başa çatır, ölür. Çobanyastığı peşman olur, hüznlənir və başlayır öz ləçəklərini yolmağa. Bax, beləcə, bu əfsanədən sonra sevənlər qarşı tərəfin sevgisindən əmin olmaq üçün çobanyastığının ləçəklərini yolmağa başlayıblar- Sevir yoxsa sevmir?/Lent.az


Вернуться назад