Banan faydalıdır, amma hamı üçün yox: kimlərə Zərərlidir?
Maraqlı ve Meslehetli 0

Banan faydalıdır, amma hamı üçün yox: kimlərə Zərərlidir?

Banan həm uşaqların, həm böyüklərin sevdiyi, şirin və faydalı meyvədir. Bananlar B qrup vitaminləri (B1, B2, B6), C vitamini, dəmir, kalsium, kalium, flüor və fosforla zəngindir. Lakin bəzi hallarda banan orqanizmə zərər də vura bilər.


Lent.az bananın zərərləri barədə məlumat verir:


1. Gün ərzində 2-3 kiçik banan kifayətdir.


Mütəxəssislər bildirirlər ki, bu qədər banan yeməklə həm fayda əldə etmək, həm də karbohidrat və kalori normasını keçməmək mümkündür. Bananlar yavaş həzm olunduğu üçün çəki problemi olan insanlara çox yemək tövsiyə edilmir. Həddindən artıq yeyildikdə isə ağırlıq və qarında köp yarana bilər.


2. Qan laxtalanması və damar problemi olanlar üçün uyğun deyil


Banan qanı qatılaşdırır və onun axıcılığını azaldır. Bu səbəbdən belə insanlar üçün bananı hər gün yemək məsləhət görülmür.


3. Bananın tərkibində çoxlu karbohidrat və fruktoza var


Bu səbəbdən şəkərli diabet və piylənmə problemi olan insanlar bananı ehtiyatla və məhdud miqdarda yeməlidirlər.


4. Banan kaliumla zəngindir


Bu isə o deməkdir ki, böyrək xəstəlikləri olan və qanda kalium səviyyəsi yüksək olan şəxslər üçün bananın qəbulu məhdudlaşdırılmalıdır.


5. Bananın tərkibində oliqofruktanlar var


Bu maddələr həssas bağırsaq sindromu olan insanlarda qarın ağrısı və köp kimi xoşagəlməz əlamətlərə səbəb ola bilər.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив