17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

"Toyuq korluğu", görmə zəifliyi, "katarakta" - Gözlərimizə hansı qidaların ZƏRƏR VERİR?

"Toyuq korluğu", görmə zəifliyi, "katarakta" - Gözlərimizə hansı qidaların ZƏRƏR VERİR?

"Gözlərin vəziyyəti orqanizmin ümumi sağlamlığından, xüsusilə damar və sinir sistemlərindən asılıdır. Qeyri-sağlam qidalanma göz və görmə problemlərinə səbəb ola bilər. Məsələn, yağlı və duzlu qidalar gözün tor qişasının damarlarına zərər verə bilər".


BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı oftalmoloq Nataliya Boşa danışıb.


Onun sözlərinə görə, ümumi sağlamlıq və insanın vəziyyətini pisləşdirən hər şey görmə qabiliyyətini də azaldacaq.


"Məsələn, qida rasionunda şirin qidaların həddindən artıq olması şəkərli diabetə səbəb olur, bu isə öz növbəsində kataraktanın inkişafına və tor qişada diabetik dəyişikliklərə səbəb olur. Müalicə olunmadıqda bu, hətta korluğa səbəb ola bilər. Yağlı və duzlu qidalar arterial təzyiqi artırır. Bu, damar patologiyalarına, qansızmalara, trombozlara və tor qişa damarlarının emboliyasına səbəb ola bilər", - deyə mütəxəssis misal gətirib.


Həkim bildirib ki, narıncı tərəvəzlərdə olan "A" qrupu vitaminlərinin çatışmazlığı kseroza səbəb ola bilər.


"Bu xəstəlik buynuz qişa və konyunktivanın epitelinin qoruyucu xüsusiyyətlərinin pozulması ilə xarakterizə olunur. Kseroz buynuz qişanın əriməsinə və fotoreseptorların işinin pozulmasına, yəni "toyuq korluğu"na səbəb ola bilər".


Oftalmoloqun sözlərinə görə, lütein və zeaksantin mikroelementlərinin çatışmazlığı isə görmə qabiliyyətinə cavabdeh olan tor qişanın mərkəzi zonasının işinin pozulmasına səbəb olur.


"Orqanizmdə kalium, maqnezium, kalsium və natrium kimi elektrolitlərin miqdarı azalanda, məsələn, ishal, qusma zamanı və ya su qəbulunun kifayət qədər olmaması səbəbindən, sinir yollarının işinin pozulması, toxumaarası ödem və büllur cismin şişməsi nəticəsində görmə zəifləyir. Buna görə də, gözlərin yaxşı işləməsi üçün müxtəlif və balanslaşdırılmış qidalanmaq lazımdır", - deyə həkim yekunlaşdırıb.



menu Menu game Oyunlar mail Poçt live Live profile Страница