16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Uşaqlar Yeni il üçün ən çox hansı hədiyyələri gözləyir? - CAVAB

Uşaqlar Yeni il üçün ən çox hansı hədiyyələri gözləyir? - CAVAB
Məktəblilərin Yeni il üçün almaq istədikləri ən yaxşı hədiyyələrin adları açıqlanıb.


Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 8-14 yaşlı məktəblilər arasında ən çox arzulanan Yeni il hədiyyələri siyahısına qadcetlər başçılıq edir.


"Məktəblilər texnologiyanı sevirlər, ona görə də smartfonlar, qulaql ıqlar, dinamiklər, planşetlər və ya VR qulaqlıqları kimi müxtəlif qadjetlər əla hədiyyə olacaq. Bu qurğular müxtəlif vacib bacarıqları inkişaf etdirməklə yanaşı, həm də uşaqlara istifadə etmək üçün əylənmək imkanı verir", - araşdırmada deyilir.


İkinci yerdə tikinti və populyar oyunların dəstlər yer alıb. Məşhur (məsələn, Minecraft, Sonic və ya Pantasy) öyrədici oyunlar və tikinti dəstləri ibtidai və orta məktəbdə uşaqlar üçün ən çox arzulanan hədiyyələrə çevrilib.


İlk üçlüyü idman avadanlıqları tamamlayıb. Artıq tanış olan velosipedlər, skeytlər və skeytbordlardan əlavə, 2024-cü ildə məktəblilər hədiyyə olaraq snoubord, veykbord və ya dağ xizəkləri almaq istəyirlər. Bəzi uşaqlar yüksək sürətlə qarda sürmək üçün dağlara səyahət etməkdən çox məmnun olacaqlarını bildiriblər.


Məktəblilərin hədiyyə olaraq almaq istədikləri onlayn kurslar arasında İT və 3D modelləşdirmə kurslarını qeyd ediblər. Beşinci yerdə video oyunlar və konsollar qərarlaşıb.


"Yaşından asılı olmayaraq, Yeni il günü uşaqlar möcüzə gözləyirlər və bəzən arzularının gerçəkləşəcəyinə ad günündən də çox həmin gecəyə ümid edirlər. Buna görə də, onlar üçün hədiyyənin sehrli olması vacibdir. Mümkünsə, uşağınızın Milad ağacının altında tam olaraq nəyi görməyi xəyal etdiyini öyrənməyə dəyər "deyə metodisti İrina Krasinskaya tövsiyə edib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница