19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu 19:21 Hansı ət növü bədənə daha XEYİRLİDİR? - Dovşan, xoruz, balıq, camış.... 19:20 Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən leysan olacaq, şimşək çaxacaq 19:19 DÇ-2026: Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub 22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla…

"Cənnət meyvəsi" olan narın inanılmaz faydaları

"Cənnət meyvəsi" olan narın inanılmaz faydaları
Hazırda bazarlarda ən çox satılan meyvələrdən biri nardır.
MAY.AZ oxuculara bu meyvənin inanılmaz faydaları faydaları haqqında məlumat vermək istəyir.
Təbabət aləmində narın meyvəsi, şirəsi, qabığı, tumu, çiçəyi, kökü 30-a yaxın xəstəliyin əlacında türkəçarə kimi istifadə olunur. Narın tərkibi fosfor, kalium, kalsium elementləri və C, B1, B2 vitaminləri ilə zəngindir. Təkcə nar şirəsini gündəlik içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm, babasil və şəkər xəstəliyi üçün faydalıdır.
Bu meyvə immunitet sistemini gücləndirir. Qandakı xolesterol nisbətini və təzyiqi azaldır. Damarları açır, ürək və damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Nar, həmçinin, deri sağlamlığı üçün də çox faydalıdır. Bədənə enerji verir, yorğunluğu aradan qaldırır, xərçəngə qarşı bədəni qoruyur.
Mədə iltihabı və ağız yarası üçün faydalıdır.
Nar şirəsi səsi açır. Narın pərdəsi həzmi asanlaşdırır, qabıği isə ishalı kəsir.
Qeyd edək ki, yetişdiyi məkandan asılı olmayaraq nar "cənnət meyvəsi", ağacı "həyat ağacı", şirəsi isə "sevgi içkisi" adlandırılır. Odur ki, öz vaxtında nardan yeməklə sevginizi və səhhətinizi qoruyun.

Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница