16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Meyvə-tərəvəzlərin rəngləri hansı vitaminlərdən xəbər verir?

Meyvə-tərəvəzlərin rəngləri hansı vitaminlərdən xəbər verir?
Rusiyalı həkim Alena Qluşakova meyvə və tərəvəzlərin rəngi ilə onların tərkibində orqanizm üçün faydalı olan bu və ya digər vitaminlər arasındakı əlaqədən danışıb.
"Məsələn, qırmızı rəng antioksidant rolunu oynayan likopenə işarədir deməkdir ki, bu maddə orqanizmdə iltihabın qarşısını almağa kömək edir. Likopen adətən qarpızda, pomidorda, zoğalda, qırmızı qreypfrutda, çuğundurda, turpda olur.
Narıncı rəng yüksək miqdarda A və C vitaminlərindən xəbər verir. Yerkökü, portağal, manqo, şirin kartof, bibər və ərik onlarla zəngindir.
A və B vitaminləri yüksək olan tərəvəz və meyvələr sarı rəngdədir. Bunlar sarı bibər, limon və ananasdır.
Yaşıl rəng - məsələn, brokoli, avokado, alma, xiyar, kivi isə lutein, dəmir, kalsium, fol turşusu mənbəyidir.
Göy və bənövşəyi rəngli məhsullarda bədənin mənfi ekoloji təsirlərə qarşı müqavimətini artıran, qan damarlarını gücləndirən, emosional həyəcanlılığı azaldan, yuxunu, əhval-ruhiyyəni, yaddaşı yaxşılaşdıran polifenollar və bioflavonoidlər var. Qaragilə, qırmızı kələm, əncir, qırmızı soğan bu elementlərlə boldur", - deyə həkim bildirib.
Bununla belə, o qeyd edib ki, güclü immunitet təkcə balanslaşdırılmış yemək və vitaminlərlə zəngin qidalanma ilə deyil, həm də iş və istirahət rejimi, ümumilikdə sağlam həyat tərzi ilə bağlıdır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница