Понедельник
дек 09

Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar

Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar



Bakıda 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.

BiG.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Комментарии (0)

Оставить комментарий