Вторник
мар 26

""Diglas"da gəlinliklərim yandı, 200 min manat ziyana düşdüm" - Satıcı danışdı

""Diglas"da gəlinliklərim yandı, 200 min manat ziyana düşdüm" - Satıcı danışdı


Xəbər verdiyimiz kimi, səhər saatlarında "Diqlas" ticarət mərkəzində güclü yanğın başlayıb.

Yanğın nəticəsində gəlinlik mağazalarına da zərər dəyib. Satıcıların BiG.AZ-a verdiyi məlumata görə, onlara 200 min manatdan çox zərər dəyib:

"Hadisənin ilkin səbəbi haqda dəqiq məlumatımız yoxdur. Deyilənə görə yanğına səbəb dönərxanada yerləşən qaz balonu olub. "Diglas"da 4 mağazam var idi. Gəlinlik və bəy geyimlərini kirayəyə verirdik. Yanğın nəticəsində gəlinliklərim yanıb. 200 mindən çox zərərə düşmüşəm. Müştərilər də paltarlarını, pullarını tələb edir. Nə edəcəyəm, bilmirəm".

Qeyd edək ki, hazırda yanğının söndürülməsinə dair tədbirlər davam etdirilir.

Aysel Yusifqızı

Комментарии (0)

Оставить комментарий