^
U

Bakıda məşhur ticarət mərkəzi yanır - Zəhərlənənlər var


Bakının Nizami rayonunda güclü yanğın baş verib.

BiG.AZ xəbər verir ki, hadisə "Diqlas” ticarət mərkəzində qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Hazırda bina təxliyyə olunur.

***

İlkin məlumata görə, yanğın ticarət mərkəzinə yaxın dönərxanaların birində baş verib, daha sonra güclənərək ticarət mərkəzinə keçib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

"Report” xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb. Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bundan əlavə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Afisa Oxunub: 803 Tarix: 26-03-2019, 14:28
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az