^
U



Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad tarix boyu Azərbaycanda ən arzulanan tədbirlərdən biridir.
MAY.AZ-ın məlumatına görə, bu barədə Modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, budəfəki parad fərqliliyilə tarixə düşəcək:

"Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasbətilə keçirilən paradda Ali Baş Komandan İlham Əliyev demişdi ki, məhz bu Azadlıq meydanında Azərbaycan ordusunun qələbə paradını qeyd edəcəyik və zəfər bayrağımız meydana gətiriləcək.
Ölkə rəhbərinin bu sözlərindən çox keçmədi və Azərbaycan qələbə paradına hazırlaşır. Qələbə bayrağımız da parad keçirilən gün Azadlıq meydanına gətiriləcək.
Ümumilikdə paradlar eyni sseanrilə keçirilir, orkestr müşayiəti, şəxsi heyətin keçidi, texnikaların nümayişi, pilotların, hərbi dəniz qüvvələrinin öz məharətini göstərməsi və s. Bu ssenaridən fərqli olaraq, qələbə paradında qənimət kimi götürülən düşmən texnikası da nümayiş etdiriləcək".
Ehtiyatda olan polkovnik deyib ki, biz xoşbəxt nəsil, xoşbəxt xalqıq ki, bu qələbəyə şahidlik edirik:
"Bildiyiniz kimi, uzun illərdir ki, biz bu günü gözləyirdik. Azadlıq meydanında müxtəlif dövrlərdə paradlar keçiriləndə biz məhz hər zaman qələbə paradının keçirilməsi arzularını dilə gətirmişik. Bu dəfə Azərbaycan ordusu düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü təmin edən bir ordu kimi paradda iştirak edəcək.
Bunun əhəmiyyəti həddindən artıq çoxdur. Parad Azərbaycan tarixinə ilk möhtəşəm, qüruruverici, sanballı, qızıl hərflərlə yazılan bir parad olaraq, yazılacaq.
Azərbaycan ordusu göstərdi ki, məhz yüksək hazırlığın nəticəsi olaraq, düşməni darmadağın etdi.
Bu gün həmin paradda keçid edəcək əsgərlər təmas xəttində yox, Azərbaycan Respublikasının beynəlxalq çərçivədə tanınan dövlət sərhədində xidmət edirlər. Cənab Prezident demişkən, artıq təmas xətti yoxdur, dövlət sərhədi xətti var.
Ona görə də düşünürəm ki, bu qələbənin mahiyyətini ifadə etmək çətindir, bu haqda çoxlu yazılar yazılacaq, təhqiqatlar aparılacaq. Azərbaycan ordusu Vətən müharibəsində hərb elminin inkişafı üçün nümunələr göstərdi, böyük təcrübə əldə etdi".
Ş.Ramaldanov deyib ki, paradda xarici ölkələrin nümayəndələri, o cümlədən qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın rəbərliyilə böyük nümayəndə heyəti iştirak edəcək:
"Yaşasın, Azərbaycan ordusu, yaşasın Azərbaycan əsgəri, Qarabağ Azərbaycandır!"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Afisa Oxunub: 558 Tarix: 6-12-2020, 16:16
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az