DataLife Engine / Azərbaycanda un BAHALAŞDI

Azərbaycanda un BAHALAŞDI

Azərbaycanda un BAHALAŞDI


Son vaxtlar unun qiymətində artım müşahidə olunur. 50 kiloqramlıq kisədə 2-3 manat artım var. Belə ki, 4 ay əvvəl 50 kiloqramlıq unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 24 manat 60 qəpiyə təklif olunur.

Bölgələrdə də unun qiymətində bahalaşma var. Alıcıların dediyinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik – 3 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Ekspertlər isə hesab edir ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib. Yəni unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir.
Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.


Bəllidir ki, Azərbaycanda ərzaq buğdası xaricdən idxal olunur. Dünya bazarında unun qiyməti qalxdığına görə, bu daxili bazara təsir edir. Unun bahalaşmasına səbəb də budur.

Qeyd edək ki, 2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.

İqtisadçı-ekspert Nazim Bəydəmirlinin qənaətinə görə, getdikcə həm malların, həm də xidmətlərin qiyməti artacaq: “Əhali daha da kasıblayacaq. Bu işdə Gömrük günahkardı”. (Cebhe.info)
3-01-2019, 17:20
Вернуться назад