DataLife Engine / İlham Əliyev: "Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər"

İlham Əliyev: "Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər"

"Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, türk dünyasının əziz şəhəridir.

29-04-2023, 14:36
Вернуться назад