Главная > Xeberler > Azərbaycan əhalisinin sayı 10 milyon 135 min 373 nəfər təşkil edib

Azərbaycan əhalisinin sayı 10 milyon 135 min 373 nəfər təşkil edib


19-04-2023, 08:43. Разместил: Admin
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 135 min 373 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.
Вернуться назад