DataLife Engine / Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq


Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.

Qurumun sədri Nuşirəvan Məhərrəmli MAY.AZ-a açıqlamasında xatırladıb ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.

MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.
12-09-2018, 14:46
Вернуться назад