DataLife Engine / Peqov: "100-dən çox erməni hərbçi ölüb"

Peqov: "100-dən çox erməni hərbçi ölüb"

Rusiyalı hərbi jurnalist, ermənipərəst mövqeyilə seçilən Semyon Peqov Ermənistanın sərhəddəki toqquşmalarda 100-dən çox hərbçi itirdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat paylaşıb.
Peqovun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurma zamanı 100-dən çox erməni hərbçi ölüb: "Hazırda döyüşlər davam edir, Basarkeçərdə vəziyyət çox ciddidir. Azərbaycanlılar bir neçə erməni postuna nəzarəti ələ keçirib".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan isə sərhəddə silahlı toqquşma zamanı 49 erməni hərbçisinin öldüyünü bildirmişdi.

13-09-2022, 18:18
Вернуться назад