Главная > Xeberler > "TikTok"da polisi söyən gənc cəzalandırıldı

"TikTok"da polisi söyən gənc cəzalandırıldı


8-09-2022, 19:26. Разместил: Admin
Göyçay rayonunda "TikTok" sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədən yeniyetmə cəzalandırılıb.
Yenisabah.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Pənah Quliyev (ad və soyad şərtidir) bu əməlindən sonra polis şöbəsinə aparılıb. O, şöbədə polis əməkdaşlarının tələblərinə tabe olmayıb. Bundan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunaraq Göyçay Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə izahat verən təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməlindən peşmandır. Pənah Quliyevin inzibati xətanı törətməsi sübuta yetirilib.
Qərara əsasən, o, 200 manat məbləğində inzibati cərimə olunub.


Вернуться назад