DataLife Engine / 10 aydır komada olan Vətən Müharibəsi qazisi VƏFAT ETDİ

10 aydır komada olan Vətən Müharibəsi qazisi VƏFAT ETDİ

Vətən Müharəsi qazisi, "Yaşat" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra bu gün vəfat edib.
BiG.AZ "Qafqazinfo"ya istinadən bildirir ki, qazi bu gün dünyasını dəyişib.
Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb.
Ötən ilin iyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat olunsa da, qəlpəni çıxarmaq mümkün olmayıb. İyulun 9-da komaya düşüb.
Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
"Azəriqaz"ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.

29-05-2022, 14:15
Вернуться назад