18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Turşudan hansı halda zəhərlənə bilərik?

Turşudan hansı halda zəhərlənə bilərik?

Artıq turşu mövsümü gəlib. Bir çoxlarının sevimlisi olan turşulardan zəhərlənmədən özümüzü necə qoruya bilərik?

Mövzu ilə bağlı BiG.AZ-a danışan qida eksperti Asim Vəliyev bildirib ki, turşudan zəhərlənmə əsasən onun düzgün hazırlanmaması, saxlanma şəraitinə riayət edilməməsi və ya təhlükəsiz qaydalara əməl olunmaması hallarında baş verə bilər:
"Turşunun hazırlanmasında istifadə edilən tərəvəzlər və qablar tamamilə təmiz olmadıqda, botulizm adlı təhlükəli bakteriya (Clostridium botulinum) əmələ gələ bilər. Bu bakteriya turşu içərisində toksinlər yaradır ki, bu da sinir sisteminə ciddi zərər verə bilər.
Turşu hazırlanan qabların düzgün sterilizasiya olunmaması bakteriyaların artmasına şərait yaradır. Turşunun içərisində kif, bakteriya və digər mikroorqanizmlər inkişaf edə və bu da zəhərlənməyə səbəb ola bilir. Turşu hazırlanmasında pH səviyyəsinin 4.6 və ya daha aşağı olması vacibdir. Bu səviyyə təmin edilmədikdə bakteriyalar çoxalmağa başlayır .
Turşular sərin yerdə və qaranlıq şəraitdə saxlanmalıdır. Yüksək temperaturda və günəş işığına məruz qaldıqda bakteriya və göbələklərin artması mümkündür.
Turşu hazırladıqda istifadə edilən duz və sirkənin miqdarı normadan az olduqda, turşunun təbii qoruyucu xüsusiyyətlərini zəiflədir və bakteriyaların yaranmasına səbəb olur.
Turşu bankalarının qapaqları hər il dəyişdirilməlidir. Köhnə qapaqlar hava keçirdikdə bakteriyaların çoxalması üçün zəmin yaranır.
Əgər turşunun rəngi, dadı və qoxusu adi haldan fərqlidirsə, onu istifadə etmək məsləhət deyil. Zəhərlənmə riskindən qorunmaq üçün turşu hazırlığı zamanı gigiyena qaydalarına və düzgün saxlanma şərtlərinə diqqət yetirmək vacibdir".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница