Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında
24.09.2024 11 0 Admin

Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında

Gündəm
В закладки

Sentyabrın 23-də Bakının Xətai rayonundakı "Gənclik" parkında ağacəkmə aksiyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Qeyd edək ki, "Gənclik" parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.

Xatırladaq ki, 2019-cu il noyabrın 11-də "Gənclik" parkı yeni salınarkən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlət başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi.

2021-ci il avqustun 26-da istifadəyə verilən "Gənclik" parkı insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.

Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. "Gənclik" parkı ərazisindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə oldu.

Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında

Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı GÖSTƏRİŞ VERDİ - VİDEO
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Bakıda Vəliyevlər ailəsində 3 illik övlad həsrətinin sonunda dünyaya
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri
Leyla Əliyeva anasını belə təbrik etdi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası Mehriban Əliyevanı yeni təyinat ilə bağlı təbrik edib. BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva paylaşdığı
Mehriban Əliyeva Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürdü
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını
Leyla Əliyeva qız anası oldu (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. BAKU.WS-in məlumatına görə, Fondun icraçı

Войти через: