22:45 Samirə Əfəndidən onu tənqid edənlərə cavab: "Peşman deyiləm" 22:44 Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA 22:39 Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda 22:37 Uçuş zamanı bu kitablar narahatlığı aradan qaldırır 22:35 "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu gün AÇILIR 22:34 Azərbaycanlı müğənni yutubdan bir aya 28 900 AZN qazanıb 19:11 Pulumuzu hansına çevirək, DOLLAR, QIZIL, DAŞINMAZ ƏMLAK? - ekspert açıqladı 19:10 Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI 19:08 Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI 19:06 ABŞ-li jurnalist qadın: "Ağ Ev Makronun mənə qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədi"

Bakıda leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u axşamdan 20-si səhərədək arabir yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında oktyabrın 20-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.


Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница