^
U

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunur.
Ədliyyə Nazirliyi İctimai Şuranın üzvu, hüquqşünas Sahib Məmmədov BiG.AZ-a açıqlamasında qanun layisinin mahiyyətindən və əhəmiyyətindən danışıb:
"Bu, çoxdan müzakirə olunan məsələdir. İnternet kommunikasiya texnologiyalarının inkişafı fonunda yeni imkanlar yaradılıb. Məhkumların Cəzaların İcrası Məcəlləsində, yaxud daxili intizam qaydalarına əsasən, penitensiar müəssisələrdə yalnız mobil telefonla əlaqə nəzərdə tutulur. Bu da xeyli problemlər yaradır. Məsələn, şəhər daxilindədirsə, şəhər telefonu ilə zəng etmək ödənişsizdir. Amma mobil telefondan istifadə qadağandır. Kiminsə xarici ölkədə, yaxud rayonda qohumu, tanışı varsa, onlarla mobil telefonla əlaqə saxlamaq ödənişlidir.
Həmçinin, internet komunikasiya texnologiyası inkişaf edib: "Skype", "Whatsapp" və digər vasitələr var.
Məhkumların dünyanın istənilən yeri ilə pulsuz əlaqə qura və qohumları ilə yalnız səsli yox, həm də görüntülü söhbət edə bilmələri üçün belə bir layihə təqdim olunub. Bu layihə də nazirliyin öz təşəbbüsüdür. Düşünürəm ki, çox yaxşı bir təşəbbüsdür və qanunvericiliyə bunu tətbiq etmək üçün penitensiar müəssisələrdə hər bir şərait var. Sadəcə qanunvericilik təminatı yoxdur, onu da həyata keçirmək lazımdır".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən isə bildirilib ki, qanun layihəsi ilə bağlı ətraflı məlumat yalnız onun qüvvəyə minməsindən sonra veriləcək.
Nuranə
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 194 Tarix: 23-09-2022, 20:48
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az