Среда
июн 08

İstanbuldakı partlayışda yaralanan azərbaycanlı danışdı

 İstanbuldakı partlayışda yaralanan azərbaycanlı danışdı


Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir.


May.Az xəbər verir ki, bu barədə M.Mirəliyevin özü məlumat verib.

"Mən Türkiyədə yaşamıram. Sadəcə, İstanbulda qohumlarım olduğundan onlara baş çəkmək üçün tez-tez Türkiyədə oluram. Bu gün də təsadüfən oradan keçirdim, hər gün getdiyim yer deyildi. Yağış yağdığından çətir götürmüşdüm.

Birdən güclü zərbə dalğasından yerə yıxıldım. Havada tüstü dumanı olduğunu gördüm. Başım dumanlandı, daha sonra istilik hiss etdim və ayağımın arxa hissəsindən qan axırdı.

Artıq özümü yaxşı hiss edirəm. Həkimlər 20-25 gün ərzində xəstəxanadan evə buraxılacağımı bildiriblər", - deyə o söyləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Beyazit rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis avtomobilinin keçidi zamanı dayanacaqdakı minalanmış maşın partladılıb. Nəticədə 12 nəfər həlak olub, 40-dan çox adam isə yaralanıb.

Xəsarət alanlar arasında 26 yaşlı Azərbaycan vətəndaşı Murad Mirəliyev də olub. O, hazırda Haseki Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur.

Комментарии (0)

Оставить комментарий