16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

19-u iş günüdürmü? - RƏSMİ

19-u iş günüdürmü? - RƏSMİ
Dövlət Əmək Müfəttişliyi Xidməti martın 19-nun qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
"Report"un məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı xatırladıb ki, Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
O qeyd edib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir: "Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница