29.03.2020 Paylaşdı: Admin 419 0

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb - RƏSMİ

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb - RƏSMİ

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb - RƏSMİ


“Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb”.

APA-nın xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur: “Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir laboratoriya qurulub ki, həmin laboratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz qoymaq mümkündür. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn market də fəaliyyətə başlayıb. Evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb. Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”.


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
MP3
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Опрос

Saytımızda ən çox oxuduğunuz xəbərlər^


Statistika