DataLife Engine / "Kişiliyini əlindən alıb səni öldürəcəm" - 26 yaşlı oğlanı ürəyindən güllələdi - foto

"Kişiliyini əlindən alıb səni öldürəcəm" - 26 yaşlı oğlanı ürəyindən güllələdi - foto

"Kişiliyini əlindən alıb səni öldürəcəm" - 26 yaşlı oğlanı ürəyindən güllələdi - foto


Bursanın Nilufer bölgəsində 2 qrup arasında tıxac zaamanı silahlı münaqişə yaranıb. Nəticədə 26 yaşlı Özkan Hoşgün ölüb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özkanı öldürən Arda T., dostu Kenan M. və Ferhat C. məhkəməyə çıxarılıb.

Arda T. hadisə gününü belə xatırlayıb:

"O gün xəstəxanaya gedəcəkdik. Xəstəxana bağlı idi, biz də öz evimizzə gedəcəkdik. Kənanla maşına minəcəkdik. Bu zaman ağ avtomobil gəldi, pəncərəni açdı. Elə bildik ki, söz soruşacaq. Biz də pəncərəni açdıq. Bu zaman maşının içindəki Özkan Hoşgün söyüş söydü. Sonra isə əlində taxta ilə üstümə hücum çəkdi, vurmağa başladı. "Kişiliyini əlindən alıb səni öldürəcəm" deyə qışqırırdı. Zərbələrdən özümü itirişdim, maşındakı silahı götürdüm, vurdum".

Məhkəmənin vaxtı təxirə salınıb.

Aysu
16-05-2019, 11:43
Вернуться назад