Главная > Həyat tərzi > Evə 6 milyon, dekora 350 min ödədilər

Evə 6 milyon, dekora 350 min ödədilər


30-10-2021, 18:31. Разместил: Admin
Aktrisa Ebru Şahin ilə basketbolçu sevgilisi Cedi Osman toydan sonra birlikdə yaşamaq üçün ev alıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, gələn ilin yayında nikah masasına oturmağa hazırlaşan cütlük toya 250 nəfər çağıracağını açıqlayıb.
Ebru toy üçün hazırda məkan axtarışına başlayıb. Cedi aktrisaya İstanbulun Zekeriyaköy səmtindən 6 milyon lirəyə (1 milyon manat) ev alıb.
3 mərtəbəli lüks villa Ebrunun zövqü ilə dekor edilir. Osman bunun üçün isə 350 min lirə (62 min manat) ödəyib.


Вернуться назад