Bakıda stuldan yıxılan körpə öldü
Bakının Nəsimi rayonunda bədbəxt hadisə qeydə alınıb. BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, 1 yaş 8 aylıq Həmidli Aydan Elvin qızı stuldan yıxılaraq xəsarət alıb. Körpə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.