Goranboyda evdə partlayış olub, xəsarət alan var
Goranboyda evdə qaz sızmasından partlayış olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində qəsəbə sakini, 1988-cı il təvəllüdlü Əsgərov Elşən I, II və III dərəcəli termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.