Azərbaycan diasporunun Ukraynda oğurlanan üzvü azad edilib
2017-ci ilin dekabrın 11-də Kiyev şəhərində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib.