Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin e-xidmet@mia.gov.az saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən
Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib. BAKU.WS -in xəbərinə görə, “APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, çevik məzənnə rejimi saxlanacaq. “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə
Şəmkirdə silahlı insident olub. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib. Küçədə bir nəfərin odlu silahdan digər bir şəxsə atəş açdığı bildirilir. Güllə yarası alan kişi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub. Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov,
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 10 faiz azalıb: “Bu payız-qış mövsümündə laborator müayinələr
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb. BAKU.WS xəbər verir ki, Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9890712 nəfərə çatıb. Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) BAKU.WS-ə daxil olan məlumata görə, Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq
2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə
Tanınmış prodüser Tarix Əliyevə (Tolik) “Xəzər” telekanalında vəzifə verilib. BAKU.WS-in məlumata görə, bu barədə PrimeTime.Az-a “Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov məlumat verib. Belə ki, Tolik bundan sonra həftəiçi hər gün yayımlanan səhər proqramı “Hər şey daxil”in layihə rəhbəri və aparıcısı olacaq. Qərar bu gün kanal daxilində keçirilən iclasda qəbul edilib.
Tanınmış aparıcı Lalə Əlimuxtarova avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. BAKU.WS-in məlumatına görə, aparıcı yaşı 12-dən aşağı olan qızını maşının ön oturacağında əyləşdirib. Bununla yanaşı Lalə Əlimuxtarova nə özünün, nə də qızının təhlükəsizlik kəmərlərini bağlamayıb. Eyni zamanda aparıcı sükan arxasında etdiyi hərəkətləri telefonla kameraya çəkir. Lalə
“Bu şəhərdə"nin aktyorları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun əməliyyatdan sonra fotoları yayılıb. BAKU.WS-in məlumatına görə, ssenarist Müşviq Abbasov sosial şəbəkədə aktyorun 7 saat əməliyyatda qalmasının səbəbini açıqlayıb: “Coşqun burnundakı çəpər əyriliyini əməliyyat etdirirdi. Əməliyyat zamanı müəyyən olunub ki, burnunda polip və kista var. Ona görə də proses 7
Yanvarın 18-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 18.01.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il yanvarın 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.