İstirahətə gedəndə "apteçkanda" nə olmalıdır? – Həyati vacib dərmanlar
Uzaq ölkəyə kurorta və istirahətə, səfərə getdikdə özünlə mütləq kiçik apteçka götürməlisən. Yəni vacib dərmanları və tibbi vasitələri bir qaba yığıb çemodana qoy. Xüsusilə ailəlikcə yay istirahətinə gedənlər zədə, yanıq, zəhərlənmə, soyuqlama və digər xəra-bəladan sığortalanmadığını bilir. Düzdür səfər sığortası var. Amma təcrübə göstərir ki, xarici ölkədə, dağda, meşədə, dənizdə sığorta